Icma.az
close
up
RU
Qiblənin surəti Deputatın ikinci Kəbə ideyası müzakirə yaratdı

Qiblənin surəti Deputatın ikinci Kəbə ideyası müzakirə yaratdı

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Deputat, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev hesab edir ki, Naxçıvandakı Əshabi-Kəhf ziyarətgahında Məkkədəki Kəbənin - islam dünyasının ən müqəddəs məkanının eynisini tikmək mümkündür. O, bu təklifi partiyasının mətbuat xidmətinə açıqlamasında bildirib. Deputat deyib ki, bu ideyanı gerçəkləşdirmək üçün Səudiyyə Ərəbistanından Kəbənin köhnə örtüyünü almaq xahiş oluna bilər. Q.Həsənquliyev bu təşəbbüsü onunla əsaslandırıb ki, Kəbənin içərisinə yalnız imtiyazlı şəxslər daxil ola bilirlər, yeni yaradılacaq Kəbəni isə hamını ziyarət etməsinə şərait yaratmaq gərəkdir.

Bəs din xadimləri belə bir təşəbbüsə necə yanaşırlar? İkinci Kəbə tikilə bilərmi? Deputatın təklifi dini və ictimai baxımdan nə dərəcədə əsaslıdır?

Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib ki, Azərbaycanın turizm potensialının olduqca yüksək olması reallıqdır və bu potensialdan çox yaxşı istifadə etməliyik:

"Bu yolla ölkəmizə çoxlu turist cəlb edə və böyük vəsait qazana bilərik. Bu baxımdan, Əshabi-Kəhf mağarası da xüsusi əhəmiyyətə malikdir. Dünya miqyasında tanıdılmasına ciddi ehtiyac var. Ola bilsin, həmkarım Qüdrət Həsənquliyev açıqlamasında bu məsələnin əhəmiyyətinə diqqət çəkmək istəyib".

C.Məmmədov bildirib ki, ümumilikdə islam dünyasında Əshabi-Kəhf mağarasının üç müsəlman ölkəsindən birində olması ilə bağlı fikirlər var. Bunlardan biri Azərbaycanda, biri Türkiyədə, biri isə İordaniyadadır.

Kəbə məsələsinə gəldikdə isə deputat deyib ki, onun müqəddəs yer olması islam dininə əsasən, Allah-Taala tərəfindən müəyyən edilib:

"Onun ikincisini haradasa tikmək və ya yerini dəyişmək, çoxlu insanı oraya ziyarətə cəlb etmək qeyri-mümkündür. Eyni zamanda, bu məsələ müsəlman dünyasında birmənalı qarşılanmayacaq".

İlahiyyatçı Yaşar Qurbanov isə mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında deyib ki, Kəbə bir dənədir, o da Allahın əmri ilə İbrahim peyğəmbər tərəfindən inşa olunub. Qurani-Kərimdə bununla bağlı ayə var.

Kəbənin örtüyünün dəyişdirilən zaman müsəlman ölkəyə bağışlanması məsələsinə gəlincə, ilahiyyatçı bildirib ki, bu, hörmət əlaməti olaraq edilir:

"Amma bu o demək deyil ki, Kəbəni necəsə əvəz etmək mümkündür. Başqa bir Kəbə tikilə bilməz".

Kəbənin içərisinə ziyarət üçün yalnız xüsusi imtiyazlı şəxslərin buraxılması məsələsinə gəlincə isə ilahiyyatçı deyib ki, bu da hörmət əlaməti olaraq edilir:

"Dövlət başçıları gedərkən hörmət əlaməti olaraq içəri buraxılırlar. Bir də ildə bir dəfə Kəbənin örtüyü dəyişdirilərkən insanlar içəri daxil ola bilirlər. Lakin hər kəsin içəri keçməsinə imkan yoxdur. Əsas olan Kəbəni təvaf edib ibadət etməkdir".

Məsələnin turizmlə əlaqələndirilməsi ilə bağlı məqama gəlincə isə ilahiyyatçı deyib ki, bu, düzgün yanaşma deyil:

"Kəbəyə yönəlmək ibadətdir, ora müsəlmanların qibləsidir. Kəbəyə təvaf etməyi Allah buyurub. Mələklərin də yeddinci səmada Kəbə kimi təvaf etdiyi yerlər var: yerdə müsəlmanlar, səmada mələklər. İndi hər kəs özünə bir Kəbə tiksin? Belə şey olmaz axı! Yanlış fikirdir. Kəbə bir dənədir və müsəlmanların qibləsidir. Allah bütün müsəlmanlara oraya dönməyi əmr edib. Müsəlmanların başqa qibləsi yoxdur. Onda belə çıxır ki, müsəlmanların başqa qibləsi var?"

Aləmdə Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 May 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri