Icma.az
close
up
RU
Bu gün SSRİ, sabah Ermənistan Sabiq deputatın reaksiyası müzakirə yaratdı

Bu gün SSRİ, sabah Ermənistan Sabiq deputatın reaksiyası müzakirə yaratdı

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Milli Məclis sədrinin keçmiş birinci müavini Arif Rəhimzadənin Bakıda SSRİ bayrağının qaldırılmasına münasibəti diqqət çəkib. O,  Yenisabah saytına açıqlamasında bildirərkən deyib ki, ölkədə demokratiya var və bu, normal haldır. 

Sitat: “Bilirsiniz, onlar da bir partiyadır. Azərbaycanda demokratiya var. Əgər onlar sözlərini belə deyirlərsə, qoy desinlər”.

Digər tərəfdən, noyabrın 26-da SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən İbrahim Əsədli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu konteksdə maraqlıdır, Bakıdakı aksiyanın “demokratiya” kimi qiymətləndirilməsi nə dərəcədə doğrudur? Arif Rəhimzadənin yanaşması düzgündürmü? 

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, ümumilikdə ölkə qanunvericiliyində hər hansı xarici, xüsusilə mövcud olmayan dövlətin bayrağının qaldırılmasının cinayət və ya inzibati xəta olması barədə norma yoxdur:

“Həmin şəxslər bayraq qaldırdıqlarına görə deyil, yəqin ki, ictimai asayişi pozduqlarına görə məsuliyyətə cəlb edilib. Bayraq qaldırmağın özü ilə bağlı hər hansı məsuliyyət nəzərdə tutulmur və bu, qanunvericilikdə ciddi boşluqdur, tənzimlənməlidir. Xüsusilə də Azərbaycanı işğal etmiş bir dövlətin bayrağının qaldırılması pozuntu kimi qiymətləndirilməlidir. Formal olaraq, Arif Rəhimzadə doğru deyir. Amma hesab edirəm ki, məsələ ayrıca qanunla tənzimlənməlidir. Bu gün SSRİ bayrağını qaldıranlar sabah Ermənistan bayrağını da qaldıra bilərlər. Belə hallar üçün konkret məhdudiyyətlər olmalıdır”.

Əkrəm Həsənov

Hüquqşünas bildirib ki, Arif Rəhimzadə vaxtilə deputat və parlament sədrinin müavini olduğu halda, belə bir qanunun qəbul edilməməsi suallar doğurur:

“Burada söhbət bütün bayraqlardan getmir. Məsələn, Türkiyə və Pakistan bayraqları ölkədə tez-tez qaldırılır və bu, normaldır. Söhbət Azərbaycana qarşı düşmən mövqedə olmuş dövlətlərin bayraqlarının qaldırılmasının hüquqi cəhətdən tənzimlənməsindən gedir”.

Xatırladaq ki, sosial şəbəkələrdə keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxs saxlanılıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyatlarla Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb. İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub. Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çox saylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri