65 il ərzində işə 1 dəqiqə belə gecikmədi VİDEO
Icma.az bildirir, Olke.az portalına istinadən.
Yaponiyada yaşayan 91 yaşlı Yasuko Tamaki iş həyatındakı uzun müddətli fəaliyyəti ilə Ginnesin Rekordlar Kitabına düşüb.
Ölkə.az xəbər verir ki, o, 65 il ərzində eyni şirkətdə və eyni vəzifədə çalışaraq bu sahədə dünya rekordu müəyyənləşdirib.
26 yaşından etibarən ofis meneceri vəzifəsində çalışan Tamaki şirkətdən heç vaxt ayrılmayıb və 91 yaşına qədər eyni vəzifədə fəaliyyətini davam etdirib.
Disiplinli həyat tərzi ilə seçilən Tamaki hər gün saat 05:30-da işə başlayıb və 17:30-a qədər fasiləsiz çalışıb. O, maaş və mükafat hesablamaları, vergi tutulmaları və mühasibat işlərinə cavabdeh olub, eyni zamanda Microsoft Excel və smartfon tətbiqlərindən, o cümlədən "facebook"dan aktiv istifadə edib.
Hisslərini bölüşən Tamaki “90 ildən çoxdur sadəcə üzərimə düşəni etdim. Çox duyğulandım” deyə bildirib.
Həftədə 5 gün, gündə 7,5 saat çalışan Tamaki digər əməkdaşlardan fərqlənməyən iş rejimi ilə uzun illər fəaliyyət göstərib.
Tamakinin artıq təqaüdə çıxdığı bildirilir. Ona aid görüntülər isə sosial mediada yenidən gündəmə gəlib.
Həmidə İbrahimova
Baxış sayı:71
Bu xəbər 27 Yanvar 2026 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















