65 yaş həddinə çatan tibb işçiləri barədə yeni təklif
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda 65 yaş həddinə çatan tibb işçilərinin əmək müqaviləsinin bir ilədək uzadılması təklif olunur.
Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva qurumun bugünkü iclasında deyib.
Onun sözlərinə görə, tibb işçiləri pensiya yaşına çatdıqda əmək müqaviləsinə xitam verilir:
"Onların içərisində peşəkar və təcrübəsinə ehtiyac olan şəxslər də var. Əslində ehtiyac olduğu təqdirdə üç ay müqavilə uzadıla bilir. Amma bu müddət çox qısadır. Mən həmin müddətin altı ay və ya bir ilə qədər uzadılmasını təklif edirəm. Bu tibb işçilərinin öz peşəsinə daha da bağlanmasına kömək edə bilər”.
Bu mövzuda digər xəbərlər:Komitə sədrindən 65 yaşına çatan müəllimlərlə bağlı TƏKLİF
11 Sentyabr 2025 11:15
65 yaşına çatan müəllimlərlə bağlı rəsmi açıqlama
15 İyul 2025 20:03
65 yaşına çatan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA
15 İyul 2025 21:58
65 yaşa çatan bu şəxslərin əmək müqaviləsinin uzadılması təklif olunur Milli Məclis
29 Aprel 2025 17:43
Deputat: 65 yaşına çatan müəllimlər var ki, işləmək istəyir
11 Sentyabr 2025 11:19
Baxış sayı:64
Bu xəbər 29 Aprel 2025 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















