Fransada təhsil işçiləri və tələbələr noyabrın 10 da yenidən küçələrə çıxacaq
Icma.az bildirir, Azertag portalına istinadən.
Paris, 7 noyabr, AZƏRTAC
Fransada Milli Təhsil, ali təhsil və elmi-tədqiqat sektorlarının həmkarlar ittifaqları noyabrın 10-da müəllimləri, təhsil işçilərini və tələbələri ümummilli tətilə və etiraz aksiyalarına çağırıb.
AZƏRTAC xəbər verir ki, təşkilatların bəyanatında noyabrın 5-də keçirilən ümummilli tətil və nümayişlərin uğurlu olduğu, beş həftədir davam edən etirazların hökuməti müəyyən güzəştlərə getməyə məcbur etdiyi bildirilib.
Bununla belə, təhsil müəssisələrində iş yerlərinin artırılması, maliyyələşmə, məktəb binalarının vəziyyəti və ali təhsilə çıxışla bağlı hökumətin açıqladığı tədbirlər yetərsiz hesab olunub.
Həmkarlar ittifaqları əməkhaqlarının artırılmasını, dövlət qulluqçularının əməkhaqqı indeksinin dondurulmasının dayandırılmasını, ali təhsil müəssisələrində 150 min əlavə təhsil yerinin maliyyələşdirilməsini və tədris-tədqiqat fəaliyyəti üçün 15 min daimi ştatın yaradılmasını tələb edirlər. Eyni zamanda, müəllim və digər təhsil işçilərinin sayının artırılması, müvəqqəti əməkdaşların daimi ştata keçirilməsi, məktəb və universitet binalarının yenilənməsi, elmi-tədqiqat sahəsinin davamlı maliyyələşdirilməsi əsas tələblər sırasındadır.
Bəyanatda lisey şagirdlərinə qarşı polis müdaxiləsi, universitet kampuslarının inzibati qərarlarla bağlanması və tələbələrin toplantı hüququnun məhdudlaşdırılması da kəskin tənqid olunub.
Təşkilatlar həmçinin 2027-ci il büdcəsində nəzərdə tutulan iş yerlərinin ixtisarının ləğvini tələb edirlər. Onların fikrincə, hökumətin geri addım atması üçün etiraz hərəkatı daha da genişləndirilməlidir.
Həmkarlar ittifaqları noyabrın 10-da keçiriləcək aksiyalardan sonra etirazların davam etdirilməsi ilə bağlı növbəti addımları müzakirə edəcəklərini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 07 Noyabr 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















