65 yaşda pensiyaya çıxanların neçə faizi yenidən işləmək istəyir? Deputatdan nazirə SUAL
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Vaxtaşırı biz deputatlara yaşı 65 yaş tamamlanmış və pensiyaya çıxarılan insanlar müraciət edərək işləmək imkanlarının daha bir il artırılması xahişlərini edirlər. Yəqin tək biz deputatlara deyil, bir çoxlarına edirlər. Mənim Anar Əliyevə (əmək və əhalinin sosial müdafiəsi naziri - red.) belə bir təklifim var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir komissiya yaradılsın, bir araşdırma aparsın ki, bu 65 yaşda pensiyaya çıxanların neçə faizi yenidən işləmək istəyir?
Redaktor.az xəbər verir ki, bunu parlamentdə büdcə müzakirələri zamanı deputat Aydın Mirzəzadə bildirdi.
"Digər tərəfdən, əgər bunlara yenidən işləmək imkanı verilərsə, bu dövlətə nə fayda və yaxud da nə minus ola bilər? Bu birinci araşdırmasını mən istəyərdim təşkil edələr. Digər tərəfdən, işləmək imkanlarının artırılması adətən bir il-bir il 70 yaşına qədər artırılır. Olmazmı belə insanlara birdəfəlik ya iki il, ya üç illik bir müqavilə bağlansın?", - deyə o nazirə sual edib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 20 Noyabr 2025 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















