Icma.az
close
up
RU
“65 yaşlı” virus yenidən peyda olub

“65 yaşlı” virus yenidən peyda olub

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Pandemiya təhlükəsi isə yoxdur

Yeni ilin ilk günlərində Çin Xalq Respublikasının Xəstəliklərə Nəzarət və Profilaktika İdarəsi insan metapnevmovirusunun (HMPV) geniş yayılması barədə məlumat verib.

 Eyni zamanda, Ermənistanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Milli Mərkəzi də bildirib ki, ölkədə həyata keçirilən epidemioloji sistem çərçivəsində aparılan laboratoriya müayinələri nəticəsində 2023-cü ildə 10, 2024-cü ilin yanvar–aprel aylarında isə 50 metapnevmovirusa yoluxma halı müəyyən edilib. Aprel ayından indiyədək aparılan laborator müayinələrlə metapnevmovirus aşkar edilməyib. Simptomları bütün kəskin respirator infeksiyalara xas olan virus insanlar arasında təşviş yaradıb. Gün keçdikcə yoluxmalar haqqında yeni xəbərlər yayılır. Son vaxtlar ölkəmizdə də, həm uşaqlar, həm də böyüklər arasında viral infeksiyaya yoluxmada kəskin artım müşahidə olunur.

İnfeksiya ilə bağlı Tibb Universitetinin professoru, tibb elmləri doktoru Musa Qəniyevdən metapnevmovirus barədə elmi-tibbi açıqlama verməsini xahiş etdik. Professor bugünkü durumun hələ 5 iyun 2023-cü ildə onun etdiyi xəbərdarlığı təsdiqlədiyini söylədi:

– Elmi təhlil DNT və ya RNT əsaslı epidemik xarakterli viral infeksiyanın növbəti dalğasının 2024-cü ilin payızın son, daha böyük ehtimalla isə 2025-ci ilin ilk (yanvar– fevral) aylarına təsadüf edəcəyini mütləq şəkildə təsdiq edir. 

Bəli, dekabr ayından başlayaraq öskürək, yüksək temperatur, “kataral vəziyyət”, səsin tutulması, halsızlıq, bütün bədəni bürüyən ağrı ilə müşahidə olunan viral infeksiya, demək olar ki, hər bir evin, ailənin arzuolunmaz qonağıdır. Bununla bağlı kəskin bronxit və pnevmoniya kimi ağırlaşmaların da artdığı sirr deyildir.

Həmvətənlərimizi ən çox narahat edən, son günlər Çində eyni klinik simptomlar verən yeni bir virusun – metapnevmovirusun epidemik xarakterli artımı və bunun, ölkəmiz də daxil olmaqla, dünyaya yayılaraq yeni bir pandemiyaya səbəb olma qorxusudur. Digər xüsusi narahatlığa səbəb olan hal isə dekabr ayının sonunda Tayvandda Money UDN nəşrində bu virusunun letallıq əmsalının 43 faizə yaxın olması haqqında söylənilən iddiadır. Yəni infeksiyaya yoluxanların düzgün müalicə almaması, yaxud yanaşı xəstəlikləri olması səbəbindən 43 faizi dünyasını dəyişir.

Rəsmi olaraq ölkəmizdə bu virusa yoluxmanın qeydə alınmadığı bildirilir. Əvvəla, unutmamalıyıq ki, biz sərhədlərin şəffaflaşdığı qloballaşan bir dünyada yaşayırıq. Odur ki, dünən dünyanın istənilən bir nöqtəsində hər hansı bir viral infeksiyaya yoluxma halı baş veribsə, sabah onun ölkəmizə və ya dünyanın istənilən bir yerinə daşına biləcəyi mümkündür. Bu səbəbdən də bu və ya digər infeksiya qonşu ölkələrdə var, hələ bizdə yoxdur və ya olmayacaq demək yanlışlıqdır.

– Yəni, yeni virusun ölkəmizə də gəlib çıxması gözlənilir?

– Gəlin, öncə, metapnevmovirus haqqında danışaq. Əvvəla, bu heç də söylənildiyi kimi yeni bir virus deyil. O, tənəffüs yolu infeksiyası törədə bilən və ümumi sayı 200-dən artıq olan virus ailəsi üzvlərindən biridir. Bu virus 2001-ci ildən, yəni Niderlandda 28 nəfər uşağın bu virusa yoluxduğu tarixdən deyil, 1959-cu ildən – yəni düz 65 ildir ki, yol gəlir. İki genotip (A və B) və hər birinin iki subtipi olan bu virus dünyanın hər yerində var. Cinsindən və irqindən asılı omayaraq, insanlar arasında bu virusa yoluxma daim baş verib və yenə müşahidə edirik. Yoluxmanın fəsli sıçrayışlarına gəlincə isə bu, təbii və qanunauyğun bir haldır. 

Virusun genom quruluşunda istər nöqtə, istərsə də xromosom parçalarının ayrılması kimi daha ciddi mutasiyalar indiyədək müşahidə edilməmişdir. Virusun genom quruluşunda nukleinlərin sıralanma ardıcıllığı isə, təqribən, 43 faiz nisbətində eyni ailədən olan respirator– sinsitial viruslarda (tənəffüs yolu infeksiyası törədən) olduğu kimidir.

Virusun xüsusən uşaqlar və yaşlı şəxslər üçün qorxulu olması tamamilə səhv iddiadır. Qəti şəkildə bildirirəm ki, bütün yaş qrupunda olan insanlar bu virusa həssasdır, yoluxa bilər və yoluxur. 

Uşaqlara gəlincə, birincili uşaqlıq yaş dövrünün sonuna qədər (6 yaş) əksər, ikincili yaş dövrünün (9–10 yaş) sonuna qədər isə bütün uşaqlar metapnevmovirus infeksiyasına yoluxur və sağalırlar. Yəni burada faciə kimi təqdim ediləcək qeyri-adi bir məsələ yoxdur. 

– Təhlükə nə vaxta qədər davam edəcək?

– Müxtəlif illərdə bu infeksiya zamanı aşağı tənəffüs yolunun xəstəlikləri ilə, yuxarı nəfəs yolu yoluxması arasında fərqlilik müvafiq olaraq 10,2 – 36 faiz və 1 –5 faiz nisbətində olub. Bu araşdırma risk qrupunda olan xəstələrin (immun sistemi zəifləmiş, üzülmüş və s.) müqayisəli göstəricilərinin təhlili əsasında aparılıb.

Hazırkı virus infeksiyası ekliptik hərəkət boyunca ardıcıl növbələşən 3 dalğa şəklində davam etməlidir. İndi mövcud olan 1-ci dalğa, yanvar ayının ikinci yarısına kimi saxlanılacaq. Sonra fevral ayının 1-ci ongünlüyünə qədər (2-ci dalğa) yoluxma sabitləşəcək, ikinci ongünlükdən etibarən (3-cü dalğa) kəskin zəifləmə olacaq. Nəhayət, mart ayının 2-ci ongünlüyündən etibarən sporodikləşmə və sönmə baş verəcək.

– Sizcə, aparılan müalicələrdə yanlışlıq olurmu? Təcrübə göstərir ki, 3–5 günlük müalicə təsirsizdir. 

– Xəstələnmə zamanı fəsadlaşma və ya ikincili mikrob infeksiyası baş vermədiyi halda antibiotik, antibakterial dərman maddələri, eləcə də insanların çox sevdiyi “sistem vurdurmaq” əks-göstərişdir. Yoluxmanın ilkin başlanğıcında və davam etdiyi müddətdə müalicə prinsipi, bütün hallarda, inteqrativ təbabətin tövsiyə etdiyi meyarlar (dəstəkləyici və sanogenetik terapiya) üzrə aparılmalıdır. Bütün viral infeksiyalara yoluxma zamanı tətbiq edilən müalicə üsulu keçərlidir.

– Virusdan qorunmaq üçün nə tövsiyə edirsiniz?

– Xəstə olmayan şəxsin infeksiyaya yoluxmamaq üçün maska taxması məsləhət deyil. Viral infeksiyalardan qorunmanın əsas yolu isə həmişə dediyim kimi, görüşərkən öpüşmək kimi vərdişdən əl çəkilməsidir. Uşaqları öpmək isə viral infeksiyaların fəsli artımı dövründə, ümumiyyətlə, yolverilməzdir.

Hazırladı: 
Z.HÜSEYN
  XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Yanvar 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see593

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see256

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see240

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see233

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see232

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see217

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see217

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see213

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see195

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see181

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see181

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see178

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see177

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see175

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see174

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see172

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see167

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see159

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri