Icma.az
close
up
RU
Paytaxtın 65 yaşlı “Moskviç”i

Paytaxtın 65 yaşlı “Moskviç”i

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

“Əslində, bu maşın atamın yadigarıdır. Atam 1958-ci il aprelin 12-də növbəlik qaydasında “Moskviç- 407” markalı avtomobil alıb, bir müddət onu idarə edəndən sonra övladlarına bağışlayıb. İndi biz qardaşlar onu ata yadigarı kimi qoruyub saxlayırıq”.

Bakının Suraxanı rayonunun Əmircan qəsəbə sakini Vaqif Quliyev ötən əsrin təxminən ortalarının yadigarı olan köhnə avtomobilin tarixçəsini xatırlayır.

Onun atası Əsəd Quliyev İkinci Dünya müharibəsindən əvvəl Əmircanda fəaliyyət göstərən zavodda tornaçı işləyib. 1942-ci ildə sürücülük məktəbini bitirəndən sonra müharibəyə yola düşüb. 1945-ci ilədək cəbhədə atıcı olub, 1948-ci ilədək isə Xarkovda sürücü kimi fəaliyyət göstərib. Müharibədən geri qayıdandan sonra 3 il Bakıda sürücü işləyib. İkinci Dünya müharibəsi iştirakçısı kimi ona torpaq sahəsi ayrılıb. Həmin ərazidə tikdirdiyi evin birinci mərtəbəsi qaraj, ikinci mərtəbəsi isə stomatoloji kabinet olub. 1952-ci ildə ixtisasca stomatoloq olan Sona ilə ailə həyatı qurandan sonra diş texniki kimi çalışmağa başlayıb.

“Atamın aldığı “Moskviç-407” qəsəbədə ilk nəqliyyat vasitələrindən olub. O vaxt kənddə doğulan uşaqların çoxunu onun avtomobili ilə xəstəxanadan evə gətiriblər. Onlardan biri də 1962-ci ildə dünyaya gələn kiçik qardaşım Həsəndir”, – deyə Vaqif məlumat verir: “İndiyədək kənddə keçirilən mühüm tədbirlərdə, xeyir-şər məclislərində maşının xidmətindən istifadə edilir. Elə məclislər olub ki, toy sahibinin arzusu ilə gəlini də atamın maşını ilə aparıblar”.

Quliyevlər ailəsində texnikaya, aviasiya peşəsinə böyük maraq var. Vaqif və qardaşı Akif əvvəllər Zabratdakı aviasiya şirkətində helikopter pilotu işləyiblər. Hər ikisi Birinci Qarabağ müharibəsi veteranıdır. Kiçik qardaşı Həsənin qızı Sona gənc alim kimi ötən il Bakıda keçirilən Beynəlxalq Aerokosmonavtika Konqresində iştirak edib. İtaliyanın Turin şəhərində elmi iş müdafiə etməyə hazırlaşır. Akifin oğlu Əsəd hazırda helikopter pilotudur. Vaqifin qızı Kristina “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində dispetçer işləyir.

Vaqif bu illər ərzində “Moskviç-407”ni o qədər detallarla zənginləşdirib ki, müasir avtomobillərdən geri qalmır. Avtomobilin xarici görkəmi isə göz oxşayır, necə deyərlər, elə bil zavoddan indi çıxıb. O, atasının yadigarı olan avtomobilin çox işlənməməsi üçün 1990-cı ildə özünə “Moskviç-412” markalı avtomobil alıb. Həmin nəqliyyat vasitəsi hər il Azərbaycan Avtomobil Federasiyası və “Zhara Events”in təşkilatçılığı ilə Bakıda keçirilən klassik avtomobillərin sərgisində iştirak edir.

Əmircan qəsəbəsinin küçələrində hamının xüsusi marağına səbəb olan göy rəngli avtomobil şütüyür. Quliyevlər ailəsinin çox sevdiyi və uzun illərdən bəri qoruyub saxladığı “Moskviç-407” markalı avtomobilin ötən il 65 yaşı tamam olub. Görkəmi, yaraşığı ilə göz oxşayan bu “dəmir brilyant”ın təkərləri hələ neçə illər küçələri naxışlayacaq…

Süleyman QARADAĞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1187

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see455

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see359

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see359

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see356

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see352

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see310

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see287

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see256

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see230

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see207

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see201

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see198

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see193

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see188

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see178

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see175

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri