6650 şəxs peşə kurslarına cəlb ediləcək
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işaxtaran və işsiz şəxslərin əmək bazarının tələblərinə uyğun peşə bacarıqları qazanmalarına dəstək məqsədilə peşə hazırlığı kurslarının təşkilini davam etdirir.
“Qafqazinfo” xəbər verir ki, bu ilin ötən dövründə Agentlik 10851 şəxs üçün peşə hazırlığı kursları təşkil edib. İlin sonunadək qurum tərəfindən daha 6650 şəxsin bu kurslara cəlb olunması nəzərdə tutulur.
Peşə hazırlığı istiqamətləri müasir əmək bazarının inkişaf tendensiyaları nəzərə alınmaqla müəyyən edilir. Bu baxımdan kurslar ənənəvi peşə istiqamətləri ilə yanaşı, data analitikası, proqramlaşdırma, kibertəhlükəsizlik, rəqəmsal marketinq, bərpa olunan enerji texnologiyaları və s. kimi müasir və gələcək üçün perspektivli istiqamətlər üzrə də təşkil olunur.
Bu yanaşma əmək bazarında dəyişən tələblərə uyğun olaraq vətəndaşların yeni bacarıqlar əldə etmələrinə, onların rəqabət qabiliyyətinin və məşğulluq imkanlarının artırılmasına xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 15 Avqust 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















