1700 dək şəxs peşə kurslarına cəlb edildi
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən son bir ayda daha 1700-dək işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.
Axar.az xəbər verir ki, onlardan 722 nəfər üçün Agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, digərləri üçün özəl tədris müəssisələrində kurslar təşkil olunub.
Kurslarda müdavimlərə data analitik, insan resursları mütəxəssisi, mühasib, qrafik dizayner, sığorta agenti, yanacaqdoldurma stansiyalarının operatoru, qənnadıçı, şirniyyatçı və s. peşələr üzrə bilik və bacarıqlar öyrədilir.
İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kursları uğurla başa vuran şəxslərin işlə təminatına da dəstək göstəriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 02 Sentyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















