67 milyon yaşı olan dinozavr skeleti hərraca çıxarılır
Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Sothebys" indiyədək tapılmış ən böyük və ən tam Tiranozavr reks skeletlərindən birini hərraca çıxaracaq.
Axşam.az xəbər verir ki, 67 milyon il yaşı olan “Qas” adlı skelet 14 iyul tarixində Nyu-Yorkda keçiriləcək təbiət tarixi hərracının əsas lotu olacaq.
"Sothebys"ın qiymətləndirməsinə görə, skelet 20–30 milyon dollara satıla bilər. Bu məbləğ dinozavr skeleti üçün indiyədək müəyyən edilmiş ən yüksək ilkin qiymətləndirmə sayılır.
Qalıqlar ABŞ-ın Cənubi Dakota ştatının Hardinq dairəsində mərhum Qeri Qas Likinqə məxsus ranço ərazisində tapılıb. “Qas” ümumilikdə 183 fosil sümük elementindən ibarətdir. Onların arasında yaxşı qorunmuş kəllə sümüyü, iki ayaq və nadir çiyin sümüyü dəsti də var. Skeletin təxminən 63 faizinin qorunduğu bildirilir. Bəzi sümüklərdə sağalmış sınıq və dişləmə izləri görünür.
Yığılmış vəziyyətdə skeletin uzunluğu təxminən 11,5 metr, hündürlüyü isə 3,8 metrdir. Ölçü və qorunma vəziyyətinə görə “Qas” daha əvvəl hərraca çıxarılan məşhur "Stan" və "Sue" skeletləri ilə müqayisə olunur.
Hərracdan əvvəl “Qas” Nyu-Yorkdakı "Breuer" binasında ictimaiyyətə nümayiş etdiriləcək. Sərgi 1–14 iyul tarixlərində keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 28 May 2026 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















