Icma.az
close
up
RU
7 qol imkanımız var idi, üçünü vurduq Didye Deşam

7 qol imkanımız var idi, üçünü vurduq Didye Deşam

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb. D qrupunda yer alan komandamız Parisdə Fransa yığmasının qonağı olub. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Fransa yığmasının baş məşqçisi Didye Deşam jurnalistlərin suallarını cavablandırıb:

- Birinci hissədə gördükləriniz sizi qane edir?

- İstədiyimiz nəticəni əldə etdik. Amma xeyr, qane etmədi. Komandada yorğunluq var idi. Topun hərəkətində vertikallıq az idi. İstədiklərimizi etməyə çalışdıqda çətinlik çəkirdik. Futbolçulara demişəm ki, intensiv oynamaq lazımdır. Bunu yetərincə etmədik. Rəqibi çətinliyə sala bilmədik. Çünki yorğunluq hiss edilirdi. Sevincdən göylərə qalxmayacam. Daha çox qol vura bilərdik.

- Tovanın qol vurması haqda nə deyərdiz?

- Bizim üçün də, onun üçün də yaxşıdır. Özü üçün geridönüşdür. Qol vurmaq keyfiyyəti var. Top ayağına gəldisə, qol vurmağa çalışacaq. Məmnunam ki, qol vura bildi.

- Kilian Mbappe ayağındakı problemindən nə xəbər var? Çünki lider rolunu oynayırdı...

- Ayaqlarını çox sürətlə hərəkət etdirir. Topa toxunan kimi, sürətlənir. Lider və kapitandır. Vəziyyəti yaxşıdır. Kapitan olaraq rolu budur ki, komandaya rəhbərlik etsin. Ayağında problem var. Zərbəni də təəssüf ki, eyni yerdən aldı. Ağrısı çox idi.

- Bu cür matçlardan dərs çıxarmaq olar?

- Hər zaman dərs almaq lazımdır. Çünki fərdi və kollektiv olaraq bunu etmək lazımdır. Dərs çıxararkən, rəqibi də  nəzərə almaq lazımdır. Gəlmişik işimizi görməyə .Daha yaxşısını edə bilərik.

- Nəticəni kənara qoysaq, ən çox nə xoşunuza gəldi?

- Elementar oyun idi. 7 qol imkanımız var idi, üçünü vurduq.

- 1995-ci ildə Azərbaycana qarşı oynamısız, 10:0 qalib gəlmişdiniz. Üç ildən sonra dünya çempionu oldunuz. Sizə elə gəlmir ki, Fransa yenidən üç ildən sonra dünya çempionu olacaq?

- İnanmıram ki, 3 ildən sonra dünya çempionatı olsun. İstəyimiz ora seçilməkdir. Azərbaycana qarşı uzun illər əvvəl olub. Səhv etmirəmsə, Oserdə oynayırdıq. O vaxtı indiki oyunçularım dünyaya gəlməmişdi. Oyunçulara vaxt vermək lazımdır, gəncdirlər.

Mirbağırağa / Fransa. “Park de Prens” stadionu

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sportal.az
archiveBu xəbər 11 Oktyabr 2025 01:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri