Icma.az
close
up
RU
7 qol və …“Barsa” finala həsrət qaldı

7 qol və …“Barsa” finala həsrət qaldı

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Mayın 6-7-də Çempionlar Liqasında yarımfinalın cavab oyunları keçirildi.

Səfərdən sərfəli nəticə ilə qayıdan “İnter” və PSJ evdə büdrəmədi. “İnter” tarixində 7-ci, PSJ isə 2-ci dəfə qitənin ən nüfuzlu klub turnirinin finalında oynacaq. Onu da xatırladaq ki, həlledici oyun mayın 31-də Münhendəki “Alyans Arena”da keçiriləcək.
yarımfinal, cavab oyunu
İnter – Barselona 4:3 (2:0, 1:3, 1:0), əlavə vaxtda
İnter (Milan, İtaliya): Zommer, Dumfris (De Vrey, 108), Bissek (Darmian, 71), Açerbi, Bastoni, Di Marko (Karlos Auqusto, 55), Barella, Çalxanoğlu (Zelinski, 79), Mxitaryan (Frattezi, 79), L.Martines (Taremi, 71), Türam.
Barselona (İspaniya): Şensnı, E.Qarsiya (Fort, 98), Kubarsi (Qavi, 105), Martines (Arauxo, 76), Martin, De Yonq, Pedri (Viktor, 105), Yamal, Olmo (Lopes, 83), Rafinya, Torres (Levandovski, 90+1).
Qollar: L.Martines, 21 (1:0). Çalxanoğlu, 45+1-p. (2:0). E.Qarsiya, 54 (2:1). Olmo, 60 (2:2). Rafinya, 87 (3:3). Açerbi, 90+3 (3:3). Frattezi, 99 (4:3).
Vərəqələr: Çalxanoğlu, 36. Martines, 51. Mxitaryan, 68. Açerbi, 90+4. Viktor, 90+5 (meydandan kənarda). Auqusto, 91. Bastoni, 118 – sarı.
Hakim: Şimon Marçinyak (Polşa).
6 may. Milan. 75504 tamaşaçı.
İlk oyun – 3:3.
Gözləntilərin əksinə, cavab oyunu da məhsuldar alındı. Bu dəfə komandalar birlikdə 7 qol vurdu, bəxt daha təcrübəli milanlıların üzünə güldü. 21-ci dəqiqədə hesabı açan Lautaro Martines hissənin sonunda penalti də qazandı. “Barsa” 2-ci hissənin əvvəlində qısa zaman kəsiyində iki qol vurmaqla “status-kvo”nu bərpa etdi. Sona üç dəqiqə qalmış Rafonya qonaqları irəli çıxardı. Amma uzatma dəqiqələrində hücuma atılan “İnter” məğlubiyyətdən qurtulmağı bacardı. Əlavə vaxtdakı ilk qol vəziyyəti də milanlıların hesabına yazıldı – Türamla Tareminin qoşulduğu hücumu Frattezi bitirdi. Sona qədər müdafiə olunan “İnter” Zommerin də qəhrəmanlığı sayəsində finala adladı.
Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Futbolçularım mümkün olan hər şeyi etdi. Təəssüf ki, mübarizəni dayandırdıq. “İnter” də güclü komandadı, tərifi haqq edir. Oyunda bir neçə mübahisəli vəziyyət yarandı və hər dəfə də “İnter”in xeyrinə qərar verildi. Futbol belədi, qəbul etmək lazımdı. Əlbəttə, hakimlərin qərarları haqda düşünürəm, ancaq publika önündə bu haqda danışmaq niyyətim yoxdu. Onun haqqında düşündüklərimi özünə dedim”.


Simone İnzaqi, “İnter”in baş məşqçisi:

“İlk növbədə “Barselona” – yüksək səviyyəli komandanı təbrik etmək istəyirəm. Uşaqlar imkanlarının son həddində oynadılar. Əlbəttə, çətinliklərimiz oldu, ancaq bütün bunların öhdəsindən gəldik. Bu uşaqlar əməyi və inadkarlığı ilə finalı haqq edir”.


Faktlar
* “San-Siro”ya 75504 azarkeş (4253-ü qonaq sektorunda) toplaşmışdı ki, nəticədə bilet satışından 14,7 milyon avro əldə olundu. Bu, İtaliyada keçirilən oyunlar üçün rekorddu.
* Lautaro Martines ÇL-in bir mövsümündə qol sayına görə “İnter”in klub rekordunu təkrarladı. Argentinalı 2024/25 mövsümündə artıq 9 qol vurub. Əvvəllər (2002/03 mövsümündə) onun həmvətəni Ernan Krespo “İnter”in heyətində belə uğurla yadda qalıb.
* ÇL-in cari mövsümündə 24 qol buraxan “Barsa” özü üçün yeni antirekord müəyyənləşdirdi. Kataloniyalılar 1999/2000 mövsümündə 23, 2001/02 mövsümündə 20 qol buraxmışdı.
* “İnter” cari ÇL mövsümündə keçirdiyi 14 oyunun yalnız birində uduzub ki, bu da turnirin yeni rekordudu. Milanlılar yalnız əsas mərhələnin 6-cı turunda “Bayer-04” önündə “ağ bayraq qaldırıb” (0:1).
* Komandalar iki oyunda 13 qol vurdu. Bu isə ÇL-in yarımfinal mərhələsi üçün ən yaxşı nəticədi. 2017/18 mövsümündə “Liverpul” da “Roma”nı iki oyunun nəticəsinə görə məhz 7:6 hesabıyla (5:2, 2:4) məğlub etmişdi.
* “İnter” əvvəlki 6 final oyunun üçündə qalib gəlib: milanlılar 1964-cü ildə “Real”ı (3:1), 1965-ci ildə “Benfika”nı (1:0), 2010-cu ildə isə “Bavariya”nı (2:0) məğlub edib. “İnter” 1967-ci ildə “Seltik” (1:2), 1972-ci ildə “Ayaks” (0:2), 2023-cü ildə “Mançester Siti” (0:1) ilə bacarmayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 May 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see259

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see217

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see205

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see199

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see198

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see197

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see196

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see195

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see195

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see191

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see188

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see188

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see184

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see183

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see180

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see173

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see173

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see173

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see172

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri