Icma.az
close
up
RU
“70 ç” ilə işdən çıxarılan dövlət qulluqçusu ola bilər?

“70 ç” ilə işdən çıxarılan dövlət qulluqçusu ola bilər?

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzən əmək müqaviləsinə xitam verilməsi işçinin gələcək karyerasına da təsirsiz ötüşmür. Xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə, yəni əmək öhdəliklərini yerinə yetirmədiyinə görə işdən çıxarılan şəxslər üçün bu hal müəyyən çətinliklər yarada bilər. Bəs bu bəndlə işdən azad olunan şəxs başqa yerdə yenidən rəsmi şəkildə işə düzələ bilər?

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Metbuat.az-a açıqlamasında sovet dövründə Əmək Qanunları Məcəlləsində buna oxşar bir maddənin olduğunu xatırladıb:

“Əgər kimsə həmin maddə ilə işdən çıxarılırdısa, bu, elə bil “qara kağız” rolunu oynayırdı. İndi də həmin psixologiya qalıb. Hazırda qüvvədə olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Bəzi şirkətlər, xüsusilə də sovet dövründən işləyən HR-lar bu məsələyə ciddi yanaşırlar. Amma ola bilər ki, bir şəxs öz sahəsini yaxşı bilir, iş funksiyalarını da düzgün yerinə yetirə bilər. Sadəcə müəyyən səbəblərdən onun müqaviləsinə 70-ci maddənin “ç” bəndi ilə xitam verilib”.

S.Məmmədov bildirib ki, bəzi işəgötürənlər ya məlumatsızlıqdan, ya da bəhanə kimi 70-ci maddəyə istinad edərək işçini işə götürməkdən imtina edirlər.

“Halbuki hər bir işəgötürənin hüququ var ki, işçinin bilik və bacarıqlarını özü yoxlasın. Şəxsin əmək kitabçası var, eləcə də 2014-cü ildən elektron sistemlər bütün əmək tarixçəsini əhatə edir. İşəgötürən istər elektron, istərsə də kağız daşıyıcıda işçinin əvvəlki fəaliyyətinə baxa bilər. Əgər kimsə bir neçə yerdə işləyib və hamısından da 70-ci maddənin “ç” bəndi ilə azad olunubsa, bu, artıq müəyyən şübhələr doğura bilər. Amma tək bir yerdə bu maddənin tətbiq olunması ilə işçiyə "qara ləkə" vurmaq doğru deyil”.

Ekspert qeyd edib ki, bu bənd ilə işdən çıxarılanların sonradan dövlət qulluğu və ya kommersiya sektorunda çalışması da istisna deyil:

“Məsələn, bir şəxs bir yerdən “70-ç” bəndi ilə azad oluna bilər, amma sonra dövlət qulluğu imtahanından keçib uğurla fəaliyyət göstərə bilər. Çünki həmin şəxslə müsahibə edilir, yoxlanılır, işə uyğunluğu müəyyənləşdirilir. Lakin praktikada belə halların baş verməsi əsasən məlumatsızlıq və ya köhnə sovet psixologiyasında qaynaqlanır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:313
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 08 İyul 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri