Icma.az
close
up
RU
İşdən çıxarılan dövlət qulluqçusu qanun pozuntularından şikayət edib

İşdən çıxarılan dövlət qulluqçusu qanun pozuntularından şikayət edib

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət Statistika Komitəsindən bununla bağlı açıqlama veribAzərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Aparatının ləğv edilmiş Hüquq və insan resurslarının idarə edilməsi şöbəsi müdirinin müavini – Hüquq sektorunun müdiri Vüsal Novruz oğlu İsmayılov redaksiyamıza müraciət edərək bildirib ki, Dövlət Statistika Komitəsində işçilərə əvvəlcədən xəbərdarlıq edilmədən, 19.05.2026-cı il tarixində Komitənin kollegiya qərarı ilə struktur islahatları adı ilə Aparatın 4 şöbəsi ləğv edilib. 21.05.2026-cı il tarixində yeni şöbələr yaradılıb. Ləğv edilən şöbənin müdirləri və onların müavinləri aşağı vəzifələrə keçirilmiş və ya tutduqları vəzifədən ixtisar adı ilə qanunsuz və əsassız olaraq işdən azad edilib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Bununla belə, ixtisar edilən işçilərə sözügedən Məcəllənin 83-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və sair ödənişlər) sonuncu iş günü ödənilməsi tələbi olduğuna baxmayaraq, qanunvericiliyin tələbi kobud şəkildə pozulmuşdur. Belə ki, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya və işçiyə ödənilməli əməkhaqqı hissə-hissə 2-3 həftə sonra ödənilib. Lakin 35 gün keçməsinə baxmayaraq, Komitə tərəfindən ixtisar edilən işçilərə nə işdənçıxarma müavinəti, nə də xəbərdarlıq müddəti əvəzinə qanunvericiliklə müəyyən edilmiş birdəfəlik ödəniş verilib. Göstərilən ödənişlərin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaiti isə aparılmış ixtisarlardan sonra Komitənin dövlət büdcəsinə geri qaytardığı öyrənilib.

Vüsal İsmayılovun bildirdiyinə görə, məsələ və işdən çıxarılma prosesində yol verilmiş başqa qanun pozuntuları ilə bağlı o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə də müraciət edib.

Ləğv edilmiş şöbənin işçilərinə 19 may 2026-cı il tarixə kimi xəbərdarlıq edilməyib?İxtisar olunan işçilərə bütün ödənclər nə üçün 21 may 2026-cı il tarixində edilməyib?İşdən çıxarılma müavinəti və xəbərdarlıq əvəzinə birdəfəlik ödənişin bu müddət ərzində ödənilməməsinin səbəbi nədir?

Yaranan suallara cavab tapmaq üçün Dövlət Statistika Komitəsinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib:

“Dövlət Statistika Komitəsində aparılan struktur dəyişikliklərinin məqsədi Komitənin fəaliyyətinin səmərəliliyini artırmaq, struktur bölmələrin funksiyalarını optimallaşdırmaq və idarəetməni təkmilləşdirməkdir.

Struktur dəyişiklikləri nəticəsində əvvəlki vəzifəsi ixtisar edilən Vüsal Novruz oğlu İsmayılova onun peşə və ixtisasına, habelə əvvəl tutduğu vəzifənin səviyyəsinə uyğun olaraq yeni yaradılan struktur bölmədə vəzifə təklif edilib. Vüsal İsmayılov həmin vəzifəyə keçirilməkdən imtina edib və dövlət qulluğuna ştat ixtisarı ilə əlaqədar xitam verilməsini, bununla bağlı qanunvericilikdə nəzərdə tutulan ödənişlərin həyata keçirilməsini yazılı şəkildə xahiş edib”.

Həmçinin vurğulanıb: “Bununla əlaqədar onun dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə əsasən xitam verilib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü və 4-cü hissələrinə uyğun olaraq müvafiq ödənişlərin hesablanması barədə tapşırıq verilib. Həmin ödənişlər qanunvericiliyin tələblərinə uyğun qaydada qısa müddətdə tam həcmdə təmin ediləcək”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 İyun 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri