Icma.az
close
up
RU
70 kiloqram qızılla tutulan şəxs generalın qardaşı oğludur yeni gəlişmə

70 kiloqram qızılla tutulan şəxs generalın qardaşı oğludur yeni gəlişmə

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Türkiyədə 70 kiloqram qızılla saxlanılan, sonradan Bakıya çağırılaraq həbs olunan hərbi attaşe Qəhrəman Şamil oğlu Məmmədovla bağlı yeni təfərrüatlar üzə çıxıb.

Moderator.az xəbər verir ki, bu haqda “Yeni Sabah” məlumat yayıb.

Sayt xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli Qəhraman Məmmədovun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi, general-mayor Cavanşir Məmmədovun qardaşı oğlu olması barədə məlumat yayıb:

“Qəhrəman Məmmədov babasının, yəni generalın atasının adını daşıyır. Cavanşir Məmmədov Türkiyədə uzun müddətdir ki, biznes sahibidir, 2013-cü ildə 400 min lirə (o zamankı kursla 200 min dollar) nizamnamə kapitalı ilə Marşal Yapı Turizm İnşaat Emlak Müşavirliyi Sanayi ve Ticaret Limited və Humnac Ticaret şirkətlərini qurub, tikintisi biznesi ilə məşğul olub. Generalın təqaüdə çıxdıqdan sonra Fransada özünə biznes qurduğu haqda məlumatlar yayılsa da, xəbərlər özünü doğrultmayıb”.

Xatırladaq ki, Qəhrəman Məmmədov bir neçə gün əvvəl Türkiyədə “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında taksidə üzərində 70 kiloqram qızılla saxlanılıb. Türkiyə mətbuatında M.Q.Ş. kimi təqdim edilən həmin şəxs polkovnik-leytenant Qəhrəman Şamil oğlu Məmmədov olduğu üzə çıxıb. Onun 70 kiloqram qızılı Türkiyəyə Ərəbistandan gətirdiyi bilinir.
Türkiyə mediasının yaydığı məlumata əsasən, o, qızıl qaçaqmalçılığında ittiham olunur. Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı qaçaqmalçılıq barədə məlumat əldə edilib və 70 kiloqram qızılın qaçaq yolla daşınması üzə çıxıb. Azərbaycanın müvafiq dövlət qurumları məsələnin ciddiliyini nəzərə alaraq onu dərhal ölkəyə geri çağırıb və barəsində araşdırmalara başlayıb.

Məlumata görə, Qəhrəman Məmmədov əvvəllər Azərbaycanın dövlət strukturlarında, xüsusən də 2017-2021-ci illərdə Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə çalışıb. Bildirilir ki, qaçaqmalçılıq əməliyyatı Səudiyyə Ərəbistanı ərazisindəki müəyyən ticarət və tranzit əlaqələri vasitəsilə həyata keçirilib. Diplomatik toxunulmazlıq hüququndan istifadə olunaraq qızılın sərhəd keçidlərində yoxlanışdan kənar daşındığı ehtimal olunur. Hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində bu şəbəkənin bir hissəsi olaraq onun adının hallandığı bildirilir. Araşdırmalar göstərir ki, ittiham olunan diplomat ya qaçaqmalçılıq şəbəkəsinin birbaşa iştirakçısı olub, ya da bu əməliyyata bilərəkdən və ya bilməyərəkdən cəlb edilib. Hələlik məsələ ilə bağlı istintaq davam edir və hadisənin tam mənzərəsi aydınlaşmayıb.

İndi əsas suallardan biri budur ki, qızıl qaçaqmalçılığının arxasında kim dayanır? Ələ keçən Qəhrəman Məmmədov sadəcə diplomatik toxunulmazlığından istifadə edib qaçaqmalçılıq edib, yoxsa kuryer olub?

Qəhrəman Məmmədovun Türkiyədə saxlanılmasından 1 gün sonra ölkəyə çağırılması, qısa araşdırmanın ardından həbsi onu deməyə əsas verir ki, qaçaqmalçılıq məsələsi ciddi şəkildə araşdırılacaq.

Qeyd edək ki, Qəhrəman Məmmədov 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb. Həbsinə qədər Səudiyyə Ərəbistanında hərbi attaşe olub. Barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi istintaq olunur. Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 206.3.2, 206.3.3 - ölkə hüdudlarından kənarda qaçaqmalçılıq, 341.1 - vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham elan edilib.

İttihamlara əsasən, Qəhrəman Məmmədovun ölkə xaricində hərbi attaşe vəzifəsini icra edərkən qeyri-qanuni fəaliyyətlə məşğul olduğu iddia edilir. Digər bir iddiaya görə, onun adı xarici ölkələr arasında qaçaqmalçılıq təşkil edən şəbəkənin fəaliyyətində hallanıb. Bu hadisə Azərbaycanda diplomatik toxunulmazlıq imkanlarından şəxsi məqsədlər üçün istifadə edən şəxslərin məsuliyyət məsələsini yenidən gündəmə gətirib. /Musavat.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Noyabr 2024 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri