ABŞ Putin və Zelenski arasında yaxın vaxtlarda görüşün mümkünlüyünü istisna etmir
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vaşinqton administrasiyası Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında yaxın vaxtlarda görüşün keçirilə biləcəyini istisna etmir.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndəsinə istinadən "Axios" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər Putin və Zelenski arasında görüşə kifayət qədər yaxınlaşıb, lakin bundan əvvəl əlavə üçtərəfli danışıqların təşkili zəruridir.
“Mövcud kursla irəliləməyə davam etsək, buna çatacağımızı düşünürük”, – deyə mənbə bildirib.
"Axios" qeyd edir ki, ABŞ administrasiyasında Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirdiyi üçtərəfli danışıqlar uğurlu qiymətləndirilib.
“Hazırkı mərhələdən razıyıq”, – Tramp administrasiyasının nümayəndəsi vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 25 Yanvar 2026 01:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















