7,4 bal gücündə zəlzələdən sonra möcüzə! Körpə 2 gün sonra sağ çıxarıldı
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
Kolumbiyanın Kali şəhərində 7,4 bal gücündə zəlzələdən sonra dağıntılar altından bir neçə aylıq körpə sağ xilas edilib.
Sherg.az xəbər verir ki, xilasedicilər dağılan beşmərtəbəli binanın qalıqları arasında körpənin səsini eşidərək axtarışlara başlayıblar.
Körpə dağıntılar arasında bir kişinin qucağında tapılıb. Xilasedicilər ağır beton plitəni birlikdə qaldıraraq uşağa çatıb və onu təcili tibbi yardım maşını ilə xəstəxanaya göndəriblər. Körpənin vəziyyətinin ilkin olaraq ağır olduğu, lakin dağıntılardan çıxarıldıqdan sonra nəfəsinin normallaşdığı bildirilib.
Avqustun 10-da baş verən 7,4 bal gücündə zəlzələ ölkədə ciddi dağıntılara səbəb olub. Axtarış-xilasetmə işləri davam edir.
Bu mövzuda digər xəbərlər:Zəlzələdən möcüzə xilas: 8 gün sonra dağıntılar altından sağ çıxarıldı
02 İyul 2026 21:21
Myanmada zəlzələdən beş gün sonra kişi dağıntılar altından sağ çıxarıldı
02 Aprel 2025 12:21
Venesuelada zəlzələdən 28 gün sonra üç nəfər sağ çıxarıldı VİDEO
24 İyul 2026 18:05
Zəlzələdən sonra küçədə körpə dünyaya gətirdi VİDEO
29 Mart 2025 10:27
6.2 bal gücündəki zəlzələdən sonra lüks malikanələr satışa çıxarıldı
26 Aprel 2025 16:06
Baxış sayı:146
Bu xəbər 12 Avqust 2026 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















