Canlı yayımda söyüş söyən daha bir tiktoker SAXLANILDI
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Sosial şəbəkələrdə əxlaq normalarını pozan daha bir şəxs məsuliyyətə cəlb olunub.
Lent.az xəbər verir ki, 24 yaşlı Faiq Babayev (şərti adla) kafedə tiktok sosial şəbəkəsində özünə məxsus səhifədə canlı yayım açıb. Canlı yayım zamanı o, nalayiq ifadələr işlədərək, ictimai mənəviyyatı təhqir edən hərəkətlərə yol verib.
Nəticədə o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci ( internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
F. Babayev bildirib ki, canlı yayım zamanı bir nəfər onun ailəsini təhqir edib. O da buna görə nalayiq ifadələrlə cavab qaytarıb. F. Babayev əməlindən peşman olduğunu deyərək, barəsində ədalətli qərar verilməsini istəyib.
Məhkəmənin qərarı ilə o, 500 manat məbləğində inzibati qaydada cərimələnib.
Baxış sayı:132
Bu xəbər 05 Noyabr 2026 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















