Icma.az
close
up
RU
“Şüurlu Ata Sağlam Gələcək”: Azərbaycanda atalar təlim keçiriləcək

“Şüurlu Ata Sağlam Gələcək”: Azərbaycanda atalar təlim keçiriləcək

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Şüurlu Ata – Sağlam Gələcək” layihəsi çərçivəsində 14 noyabrda Masallı şəhərində atalar və gələcəkdə ata olmağa hazırlaşan şəxslər üçün maarifləndirici təlim-forum təşkil olunacaq.

Layihə Gənclər Fondunun “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi” çərçivəsində həyata keçirilir.

Layihənin əsas məqsədi ailə daxilində valideyn məsuliyyətinin bölüşdürülməsini təşviq etmək, ataların doğuşsonrası dövrdə ana və uşağın həyatında fəal iştirakını dəstəkləmək, eləcə də cəmiyyətdə şüurlu atalıq anlayışını təşviq etməkdir.

Layihəni fərqləndirən əsas cəhət ataların valideynliyə hazırlıq prosesinə kompleks şəkildə cəlb edilməsidir. Ənənəvi olaraq ana və uşağın sağlamlığı, hamiləlik və körpəyə qulluqla bağlı maarifləndirmə proqramlarında əsas diqqət analara yönəldildiyi halda, bu təşəbbüs ataların da həmin prosesə tibbi, praktiki və psixoloji baxımdan hazırlanmasını hədəfləyir. Layihə çərçivəsində mama-ginekoloq, pediatr və psixoloqun iştirakı ilə atalar üçün vahid təlim proqramı təşkil olunacaq.

Təlim-forum 14 noyabr tarixində, saat 11:00-da Masallı şəhərində keçiriləcək və 50-dən çox iştirakçını bir araya gətirəcək.

Təlimdə səhiyyə və psixologiya sahələrinin mütəxəssisləri – cərrah-mama-ginekoloqlar Dr. Xatirə Şeyx-Zadə və Dr. Fatimə Oruczadə, pediatr Dr. Sahilə Ələkbərova, uşaq və ailə psixoloqu Süsən Axundova iştirak edəcəklər.

Proqram çərçivəsində mama-ginekoloqlar hamiləlik və doğuşsonrası dövrdə ananın fiziki və emosional vəziyyəti, atanın bu mərhələdə göstərə biləcəyi dəstək, ailədaxili məsuliyyətin bölüşdürülməsi və ana sağlamlığının qorunmasında həyat yoldaşının iştirakının əhəmiyyəti barədə məlumat verəcəklər.

Pediatr tərəfindən yenidoğulmuşun sağlamlığı, körpəyə düzgün qulluq, ilkin baxım prinsipləri və uşağın həyatının ilk mərhələlərində valideynlərin diqqət yetirməli olduqları məqamlar izah ediləcək. Xüsusilə ataların körpə baxımı prosesində fəal iştirakının əhəmiyyəti diqqətə çatdırılacaq.

Təlimin praktiki hissəsində xüsusi tədris maketləri üzərində körpənin düzgün qucaqda saxlanılması, götürülməsi, təhlükəsiz yatızdırılması və gündəlik qulluq qaydaları nümayiş etdiriləcək. İştirakçılar maketlər üzərində praktiki məşğələlərdə iştirak edərək körpəyə qulluqla bağlı ilkin bacarıqlar əldə etmək imkanı qazanacaqlar.

Tədbirin digər mühüm istiqamətini psixoloji maarifləndirmə sessiyası təşkil edəcək. Uşaq və ailə psixoloqu tərəfindən 0–5 yaş dövründə ata-uşaq emosional bağının formalaşması, atanın uşağın psixoloji və emosional inkişafındakı rolu, doğuşsonrası dövrdə anaların qarşılaşa biləcəyi emosional dəyişikliklər, ataların adaptasiya prosesi və ailədaxili qarşılıqlı dəstəyin əhəmiyyəti müzakirə olunacaq.

Təlim-forumun sonunda keçiriləcək sual-cavab sessiyası iştirakçılara onları maraqlandıran sualları birbaşa mütəxəssislərə ünvanlamaq, valideynlik prosesində qarşılaşa biləcəkləri məsələlər barədə məlumat almaq və peşəkar tövsiyələr əldə etmək imkanı yaradacaq.

“Şüurlu Ata – Sağlam Gələcək” layihəsi ailə rifahının gücləndirilməsinə, valideynlik məsuliyyətinin paylaşılmasına və uşaqların sağlam inkişafı üçün dəstəkləyici ailə mühitinin formalaşdırılmasına töhfə verməyi hədəfləyir. Layihə çərçivəsində ataların yalnız ailənin maddi təminatında deyil, uşağın fiziki, emosional və psixoloji inkişafında da fəal iştirakının təşviqi əsas prioritetlərdəndir.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Noyabr 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see464

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see392

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see351

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see304

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see301

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see293

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see270

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see263

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see256

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see250

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see246

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see238

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see229

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see222

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see217

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see205

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see205

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see198

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri