“Ancaq ehtiyac olduqda ayağa durur” Ofeliya Sənaninin qızı
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Anam çox çətinliklə yeriyir. Ancaq ehtiyac olduqda ayağa durur. Əməliyyatdan sonra yeriməsi çətinləşib".
Moderator.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti, tanınmış diktor Ofeliya Sənaninin qızı Lalə Sənani deyib.
O bildirib ki, hazırda anasının hazırda əsas problemi onun yeriməsi ilə bağlıdır:
"İndi təzyiqi normaldır. Əsas çətinliyi yeriməsi ilə bağlıdır. Dördayaqlı dayanağın köməkliyi ilə çox yaxın məsafəni gedə bilir. Yaşlı adamdır, onun üçün əməliyyat asan keçmədi”, -deyə o bildirib.
Qeyd edək ki, Ofeliya Sənani bir müddət əvvəl küçədə gəzərkən yıxılaraq bud nahiyəsindən xəsarət alıb. Hadisəyə onun arterial təzyiqinin yüksəlməsinin səbəb olduğu bildirilir. Xalq artisti aldığı xəsarətlə əlaqədar əməliyyat olunub və əməliyyat zamanı ona implant yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 05 Noyabr 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















