76 yaşlı italyan qaçırdığı Mercedeslə Belarusa gedirmiş..?
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Polşa-Belarus sərhədində 2021-ci il istehsalı olan Mercedes GLE avtomobili ələ keçirilib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Polşa sərhəd xidmətinin mətbuat xidməti məlumat yayıb.
76 yaşlı italyan “Mercedes”lə Terespol keçid məntəqəsindən (Belarus tərəfdə – Brest) keçərək Belarusa gedirmiş.
Baxış zamanı avtomobilin axtarışda olduğu məlum olub. Onun təxmini dəyəri 300 min zloti (aprelin 3-nə olan məzənnə ilə 79,1 min dollar) təşkil edir.
Nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb və avtomobil əlindən alınıb.
Əli Babayev
Baxış sayı:46
Bu xəbər 03 Aprel 2025 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















