Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsveçrədə iqtisadi təchizat üzrə federal agentlik bütün magistrallarda sürət həddini saatda 80 kilometrə endirməyi təklif edib.
Avtosfer.az xəbər verir ki, hazırda limit 120 km/saatdır. Təklifə səbəb ölkədə dizel yanacağı və aviasiya kerosini ilə bağlı qıtlığın yaranmasıdır. Səbəb bir tərəfdən Hörmüz boğazındakı gərginlikdirsə, digər tərəfdən Reyn çayında suyun səviyyəsinin aşağı düşməsidir.
Hələlik rəsmi qərar qəbul edilməyib. Vəziyyət daha da ağırlaşarsa federal şura müvafiq qərar qəbul edə bilər. Qərarın elektromobillərə şamil edilib-edilməyəcəyi və bu yolla nə qədər qənaətin mümkün olacağı bəlli deyil.
Ölkədə artıq strateji yanacaq ehtiyatlarının bir hissəsi dövriyyəyə buraxılıb. Konfederasiyada benzinin bir litri 2,4, dizel yanacağı 2,7 avrodur.
Qeyd edək ki, yanacaq böhranına görə sürətin məhdudlaşdırılması Avropada ilk hal deyil. Hitler Almaniyasında vaxtilə yanacaq böhranına görə sürət limiti tətbiq edilmişdi. 60-70-ci illərin neft böhranlarında oxşar məhdudiyyətlər əksər ölkələrdə tətbiq olunub.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 30 Oktyabr 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















