BBC nin illik lisenziya haqqı artırıla bilər
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
London, 30 oktyabr, AZƏRTAC
Böyük Britaniyada BBC-nin televiziya lisenziyası üçün illik ödənişin növbəti beş il ərzində 200 funt sterlinqdən çox olacağı gözlənilir.
AZƏRTAC “The Independent” qəzetinə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Büdcə Məsuliyyəti İdarəsinin təhlilində bildirilir.
Proqnozlara əsasən, 2031-2032-ci maliyyə ilinədək BBC-nin lisenziya haqqını ödəyənlərin sayı 2,7 milyon nəfər azalacaq. Bunun fonunda hazırda 180 funt sterlinq təşkil edən illik ödənişin 202 funt sterlinqə yüksələcəyi gözlənilir. Eyni zamanda, Böyük Britaniya hökuməti lisenziya haqqının tətbiq dairəsini genişləndirmək imkanlarını nəzərdən keçirir. Bildirilir ki, hökumət “YouTube vergisi” adlandırılan yeni qaydaların tətbiqini müzakirə edir.
Təklifə əsasən, BBC-nin lisenziya haqqının yalnız ənənəvi televiziya yayımına deyil, həm də “YouTube”, “Netflix”, “Amazon Prime”, “Apple TV” və “Disney+” kimi onlayn yayım platformalarından istifadəyə şamil edilməsi nəzərdə tutulur. Bu dəyişiklik həyata keçirilərsə, hazırda lisenziya haqqı ödəməyən dörd milyona qədər ev təsərrüfatı da illik ödəniş edə bilər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 30 Oktyabr 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















