Icma.az
close
up
RU
760 MVlıq günəş enerji layihələri üzrə SAZİŞ

760 MVlıq günəş enerji layihələri üzrə SAZİŞ

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

COP29 çərçivəsində “SOCAR Green” MMC, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur və İnvestisiya Bankı (AIIB) arasında Azərbaycanda iki günəş enerjisi layihəsinin maliyyələşdirilməsi üzrə sənədlər imzalanıb.

Modern.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, EBRD, ADB və AIIB tərəfindən maliyyələşdiriləcək 445 MVt-lıq Biləsuvar və 315 MVt-lıq Neftçala günəş enerjisi layihələrinin ümumi dəyərinin 670 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir.

2027-ci ildə istismara veriləcək stansiyalarda illik təxminən 1,7 milyard kilovat-saatdan çox yaşıl enerji istehsalı proqnozlaşdırılır ki, bu da illik 380 milyon kubmetr həcmində təbii qaza qənaət, eyni zamanda atmosferə atılan karbon emissiyasının 830 min ton azaldılması deməkdir.

Energetika naziri Pərviz Şahbazov deyib ki, 760 MVt gücündə günəş elektrik stansiyalarının maliyyələşdirilməsi üzrə yekun razılaşma, Azərbaycanın bərpa olunan enerji sektorundakı hədəflərinə çatmaq yolunda əlamətdar bir nailiyyətdir: “Bu razılaşma, Azərbaycanın “Masdar” şirkəti ilə uğurlu tərəfdaşlığını və investorlar, beynəlxalq maliyyə qurumlarının ölkəmizə olan etimadını nümayiş etdirir. Günəş elektrik stansiyaları ölkəmizin enerji keçidini sürətləndirmək, karbon emissiyalarını azaltmaq və “yaşıl enerji” ölkəsi olmaq məqsədinə mühüm töhfə verəcək”.

“Masdar” şirkətinin icraçı direktoru Məhəmməd Cəmil Əl-Rəmahi isə bildirib ki, Azərbaycanda bu iki böyük günəş enerjisi layihəsinin maliyyələşdirilməsi ilə bağlı müqavilələr imzalamaqdan çox məmnundurlar: “Bu, Qaradağdakı ölkənin ən böyük günəş elektrik stansiyasının tamamlanmasından sonra mühüm bir addımdır. Azərbaycan bazarı bizim üçün strateji əhəmiyyət daşıyır və ölkənin ambisiyalı təmiz enerji hədəflərinə çatmasını dəstəkləməyə sadiqik".

Qeyd edək ki, cari ilin 4 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə stansiyaların təməlqoyma mərasimi keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Noyabr 2024 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see252

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see239

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see196

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see187

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see186

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see184

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see173

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see159

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see155

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see146

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see132

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see130

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see127

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see127

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see123

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see122

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see121

Bakıda “Azerbaijan Fashion Week”in 19 cu mövsümü keçirilib

10 Dekabr 2025 07:30see118

Arina Sabalenka qadın tennisində transgenderlərin iştirakına qarşıdır

10 Dekabr 2025 04:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri