Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

7603 ÖLÜM, MİNLƏRLƏ YARALI... Azərbaycan yollarında nə baş verir? + DƏHŞƏTLİ STATİSTİKA

7603 ÖLÜM, MİNLƏRLƏ YARALI... Azərbaycan yollarında nə baş verir? + DƏHŞƏTLİ STATİSTİKA

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda 2026-cı ilin ilk 9 ayında yol-nəqliyyat hadisələri nəticəsində 500 nəfər həlak olub, 640 nəfər yaralanıb. Son 10 ilin statistikası göstərir ki, 2023-cü il yol qəzalarında ölüm hallarının ən çox qeydə alındığı il olub. Həmin il 862 nəfər həyatını itirib. Sonrakı iki ildə isə həm ölənlərin, həm də yaralananların sayında azalma müşahidə edilib.

"AzPolitika" rəsmi statistikaya əsasən xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 838 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz azdır.

Qəzalar nəticəsində zərərçəkənlərin ümumi sayı 9,8 faiz azalaraq 1 140 nəfər olub. Həlak olanların sayı 1,4 faiz, yaralananların sayı isə 15,5 faiz azalıb.

Ümumi azalmaya baxmayaraq, magistral avtomobil yollarında qeydə alınan qəzaların sayı 5,1 faiz artaraq 143-ə çatıb. Yaşayış məntəqələrində isə 695 hadisə baş verib ki, bu da illik müqayisədə 9,6 faiz azdır. Hadisələrin 82,9 faizi yaşayış məntəqələrinin payına düşüb. Bu ərazilərdə 345 nəfər həlak olub, 591 nəfər yaralanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 2,3 faiz, yaralananların sayı isə 16,5 faiz azalıb.

Toran vaxtı baş verən qəzaların sayında da artım qeydə alınıb. Belə hadisələrin sayı 27,4 faiz artaraq 149 olub. Gündüz vaxtı 339, gecə isə 350 qəza baş verib. Bu göstəricilər müvafiq olaraq 15,9 faiz və 9,1 faiz azalıb.

Qəzaların 41,8 faizi gecə, 40,4 faizi gündüz, 17,8 faizi isə toran vaxtı qeydə alınıb. Hadisələrin 34 faizi şənbə və bazar günlərinə təsadüf edib.

Quru yol örtüyündə 799 hadisə baş verib və bu göstərici 8,4 faiz azalıb. Yaş, buzlu və digər vəziyyətdə olan yol örtüyündə isə hadisələrin sayı 18,2 faiz artaraq 39-a çatıb. Bütün qəzaların 42,2 faizi nəqliyyat vasitələri və piyadaların, 37,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,7 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Həlak olanların 76,8 faizini, yaralananların isə 72,2 faizini kişilər təşkil edib.

Son 10 ilin statistikası: Ölüm halları hansı illərdə artıb?

Son 10 ilin göstəricilərinə nəzər saldıqda yol qəzalarında ölən və yaralananların sayının hər il eyni istiqamətdə dəyişmədiyi görünür. Ayrı-ayrı illərdə azalma müşahidə olunsa da, bəzi dövrlərdə ölüm hallarının ciddi artımı qeydə alınıb.

Belə ki, 2016-cı ildə yol-nəqliyyat hadisələri nəticəsində 759 nəfər həlak olub, 2 003 nəfər yaralanıb. 2017-ci ildə ölənlərin sayı cüzi azalaraq 750-yə düşsə də, yaralananların sayı 1 719 nəfər olub. 2018-ci ildə azalma davam edib və ölüm halları 722-yə, yaralananların sayı isə 1 711-ə enib.

Lakin 2019-cu ildə ölüm hallarının sayı yenidən artaraq 821 nəfərə çatıb. Bu, əvvəlki illə müqayisədə 13,7 faiz artım deməkdir. Həmin il yaralananların sayı isə 1 702 nəfər təşkil edib.

2020-ci ildə hər iki göstərici üzrə ciddi azalma qeydə alınıb. Belə ki, ölənlərin sayı 696 nəfərə, yaralananların sayı isə 1 410 nəfərə düşüb. 2021-ci ildə isə ölüm halları 706-ya, yaralananların sayı 1 452-yə yüksəlib.

2022-ci ildə yol qəzalarında ölənlərin sayı daha kəskin artaraq 834 nəfərə çatıb. Bu, əvvəlki illə müqayisədə 18,1 faiz çoxdur. Yaralananların sayı da artaraq 1 456 nəfər olub.

Artım 2023-cü ildə də davam edib. Həmin il 862 nəfər yol qəzalarının qurbanı olub. Bu, son 10 ilin ən yüksək göstəricisidir. Yaralananların sayı isə 1 367 nəfər təşkil edib.

Növbəti iki ildə isə azalma tendensiyası müşahidə olunub. 2024-cü ildə ölənlərin sayı 764 nəfərə, yaralananların sayı 1 188 nəfərə düşüb. 2025-ci ildə də azalma davam edərək müvafiq olaraq 689 və 1 026 nəfər təşkil edib.

Rəqəmlərin müqayisəsi göstərir ki, 2025-ci ildə yol qəzalarında ölənlərin sayı 2023-cü ilin rekord göstəricisi ilə müqayisədə 20,1 faiz azalıb. Yaralananların sayı isə eyni dövrdə 25 faiz aşağı düşüb. 2016-cı illə müqayisədə 2025-ci ildə həlak olanların sayı 9,2 faiz, yaralananların sayı isə 48,8 faiz azalıb.

Beləliklə, son 10 ildə yaralananların sayında daha ciddi azalma qeydə alınıb. Bununla belə, 2022–2023-cü illərdə ölüm hallarının artması, sonrakı iki ildə isə azalması yol təhlükəsizliyi ilə bağlı göstəricilərin hələ də dəyişkən olduğunu göstərir.

Yol qəzalarında ölən və yaralananların sayı (2016–2025)

İllər

Həlak olanlar

Yaralananlar

20167592 00320177501 71920187221 71120198211 70220206961 41020217061 45220228341 45620238621 36720247641 18820256891 026

Beləliklə, son 10 ildə Azərbaycanda yol qəzaları nəticəsində 7 603 nəfər həyatını itirib. Bu isə orta hesabla hər il 760 nəfərdən çox insanın yol-nəqliyyat hadisələrinin qurbanı olması deməkdir.


Nəqliyyat eksperti Rüfət Raufoğlu "AzPolitika"ya açıqlamasında bildirib ki, yol-nəqliyyat hadisələrinin baş verməsinin çoxsaylı səbəbləri var və bu problemi konkret bir amillə əlaqələndirmək düzgün olmaz.

Onun sözlərinə görə, bəzi hallarda yolların keyfiyyətsiz olması, avtomobillərin texniki nasazlığı, sürücülərin diqqətsizliyi və piyadaların məsuliyyətsizliyi qəzalara səbəb olur.

Ekspert hesab edir ki, bu amillərin hər biri ayrı-ayrılıqda araşdırılmalıdır: "Məsələn, sürücülərin avtomobillərin texniki vəziyyətinə kifayət qədər diqqət yetirməməsi də ciddi problemlərdən biridir. Bu, müəyyən mənada koronavirus kimi bir vəziyyətdir. Gözümüzün qarşısında insanlar həyatını itirir, amma biz yenə də təhlükəsizlik məsələlərinə lazımi diqqəti göstərmirik.

Sürücülər arasında avtomobillərin texniki vəziyyətinə əhəmiyyət verməyən kifayət qədər insan var. Ümumiyyətlə, ölkəmizdə, xüsusilə də alıcılıq qabiliyyətinin aşağı olduğu bazar seqmentində vəziyyət daha mürəkkəbdir. İnsanlar maddi imkanlarına uyğun olaraq ən ucuz məhsulları almağa çalışırlar. Ölkədə ciddi standartlara nəzarət mexanizmləri yetərli olmadığından bəzi sahibkarlar bazara keyfiyyətindən asılı olmayaraq müxtəlif məhsullar gətirirlər. Sahibkar da görür ki, alıcı ucuz məhsula üstünlük verir və buna uyğun davranır.

Halbuki 7-10, hətta 15 il əvvəl bazarda keyfiyyət uğrunda ciddi rəqabət var idi. Müxtəlif markalar öz məhsullarını təqdim edir, onların üstünlüklərini izah edirdilər. İstehlakçıya başa salınırdı ki, müəyyən məhsula 5 manat artıq pul ödəmək nə üçün vacibdir. Bunun avtomobilin əyləc sistemində, təkərlərdə və digər təhlükəsizlik elementlərində nə qədər əhəmiyyətli olduğu izah edilirdi".

Ekspert qeyd edir ki, zaman işinə ciddi yanaşan sahibkarlar bu məsələlərə laqeyd yanaşanlarla rəqabətdə çətinlik çəkirlər: "Bir sahibkar keyfiyyətli məhsula investisiya qoyub bazara gətirir, digər şəxs isə daha ucuz və keyfiyyəti şübhəli məhsul satır. Nəticədə istehlakçılar çox vaxt ucuz məhsula üstünlük verirlər. Bu halda keyfiyyətə yatırım edən sahibkar da fəaliyyətini davam etdirməkdə maraqlı olmur. Bütün bunlar yol təhlükəsizliyinə təsir edən texniki amillərdir".

"Məsələn, avtomobil nə üçün vaxtında əyləc vermir və ya dayana bilmir? Bunun səbəbi texniki nasazlıq da ola bilər. Eyni zamanda sürücünün diqqətsizliyinə təsir edən başqa amillər də mövcuddur. Telefonlar, planşetlər və digər diqqətyayındırıcı vasitələr, eləcə də piyadaların davranışı qəza riskini artırır. Səbəblər kifayət qədər çoxdur. Ona görə də məsələni ayrı-ayrı istiqamətlər üzrə qruplaşdırmadan və hər bir amili təhlil etmədən ümumi nəticəyə gəlmək mümkün deyil", – deyə ekspert bildirib.

E. Bəyməmmədli

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Noyabr 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see332

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see306

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see292

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see272

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see270

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see267

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see266

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see262

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see253

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see245

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see241

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see239

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see238

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see237

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see230

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see228

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see215

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see215

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see208

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri