Bir şəhər NATO nu müharibəyə sürükləyə bilərmi? Təhlükəli Narva ssenarisi
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropanın şimal-şərqində baş verən hadisələr diqqəti yenidən Rusiyanın potensial addımlarına yönəldib.
Turkustan.az xəbər verir ki, bölgədəki gərginliyin nə dərəcədə arta biləcəyi ilə bağlı müzakirə olunan ssenarilər NATO-nu ən ciddi sınaqlardan biri ilə üz-üzə qoyub. Keçmiş finlandiyalı generalın vurğuladığı mümkün inkişaflar arasında mövcud tarazlıqları kökündən dəyişdirə biləcək bir təhlükə xüsusilə diqqət çəkir.
Estoniya ilə Rusiya arasındakı gərginlik müdafiə sənayesinə qarşı törədilən təxribat cəhdindən sonra daha da dərinləşib. Estoniya hökuməti ölkənin müdafiə sektorunda fəaliyyət göstərən pilotsuz uçuş aparatları (PUA) istehsalçısı "Threod Systems" şirkətinə edilən hücum cəhdini əsas gətirərək, Rusiya ilə bütün quru sərhəd-keçid məntəqələrini bağlamaq qərarına gəlib. Xarici işlər naziri Marqus Tsahkna qərarın dekabrın 1-dən qüvvəyə minəcəyini açıqlayıb.
Estoniya Daxili Təhlükəsizlik Xidməti (KAPO) "Threod Systems"ə qarşı təxribat cəhdi ilə bağlı səkkiz nəfərin saxlanıldığını bildirib. Uzaqmənzilli hücum və kəşfiyyat dronları istehsal edən şirkətin obyektlərinə edilən hücumda məqsəd binada partlayış və yanğın törətmək olub. Estoniya hakimiyyətinin iddiasına görə, bu təxribat Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) sifarişi ilə həyata keçirilib. Baş nazir Kristen Mixal da hücumun təsadüfi hadisə olmadığını, Rusiyanın Avropanı hədəf alan daha geniş hibrid müharibə strategiyasının tərkib hissəsi olduğunu vurğulayıb.
Estoniyanın Rusiya ilə üç əsas quru sərhəd-keçid məntəqəsi mövcuddur: Narva, Koidula və Luhamaa. Dekabrın 1-də qüvvəyə minəcək qərar məhz bu məntəqələrin fəaliyyətinin dayandırılmasını nəzərdə tutur. Lakin məhdudiyyətlərin nə qədər davam edəcəyi ilə bağlı hələlik rəsmi vaxt cədvəli açıqlanmayıb.
Keçmiş finlandiyalı general Pekka Toverinin sözlərinə görə, Rusiya Estoniyanın sərhədləri bağlamaq qərarından təbliğat məqsədilə istifadə edərək, regiondakı rusdilli əhalinin hüquqlarının pozulduğu iddiasını irəli sürə bilər. Moskva bu yolla mümkün hərbi müdaxiləni qanuniləşdirmək üçün siyasi və psixoloji zəmin yaratmağa çalışa bilər.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 18 Noyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















