“Range Rover gətirəcəyəm” deyib 261 min manat aldı Saxlanıldı
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Bakıda avtomobil gətirmək vədi ilə vətəndaşın 261 130 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs polis tərəfindən saxlanılaraq həbs edilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü M.M.-ni aldadan Ülvi Cəlilzadə öz adına "Avtolayn" adlı şirkət təsis edərək ona xarici ölkələrdən - ABŞ və ərəb ölkələrindən sərfəli qiymətə "Range Rover" və digər markalı avtomobillər gətirəcəyini vəd edib.
Tərəflər arasında bu ilin iyun-iyul aylarında əldə olunan razılaşmaya əsasən, zərərçəkmiş şəxs ümumilikdə 261 130 manat vəsaiti bank vasitəsilə xarici ölkədəki hesaba köçürüb.
Lakin vəd edilən avtomobillər gətirilməyib. Ü.Cəlilzadə hər dəfə avtomobillərin artıq alındığını, yolda olduğunu və sənədləşmə işlərinin aparıldığını bildirərək zərərçəkmişi gözləməyə məcbur edib.
Müəyyən olunub ki, əslində avtomobillərin alınması və gətirilməsi istiqamətində heç bir iş görülməyib. Şəxs tərəfindən zərərçəkmişə təqdim edilən məlumat və sübutların da saxta olduğu üzə çıxıb.
Aldadıldığını anlayan vətəndaşın müraciəti əsasında polis tərəfindən cinayət işi başlanılıb. Həyata keçirilən tədbirlərlə Ü.Cəlilzadə saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 18 Noyabr 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















