Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Həmin qadağanı bir il daha uzatdılar

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

8 avqust razılaşması Azərbaycanı Qafqazın aparıcı gücünə çevirdi ŞƏRH

8 avqust razılaşması Azərbaycanı Qafqazın aparıcı gücünə çevirdi ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu, dünya diplomatiya tarixində bir müsəlman və türk dövlətinin indiyə qədər nail olduğu ən yüksək zirvədir


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan mənim yaxşı dostlarımdır. Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb. Tramp bildirib ki, uzun illər müharibə və itkilərdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevlə sülhə dair sənəd imzalamaqda iştirak etmək onun üçün böyük şərəfdir:

"Onlar əla insanlar və böyük liderlərdir. İndi isə hər ikisi mənim yaxşı dostumdur". Qeyd edək ki, Azərbaycan-Ermənistan sülh prosesinin tənzimlənməsi istiqamətində keçirilən danışıqların ABŞ-də baş tutması mühüm siyasi və diplomatik əhəmiyyət kəsb edir. ABŞ kimi demokratik ənənələri olan və beynəlxalq münasibətlər sistemində mühüm rol oynayan bir dövlətin bu prosesə xüsusi diqqət yetirməsi, Azərbaycan diplomatiyasının növbəti uğuru kimi dəyərləndirilə bilər. Bu, həm də Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbənin və tarixi ədalətin bərpasının beynəlxalq səviyyədə qəbul olunduğunu təsdiqləyir. Bu prosesdə ABŞ-nin fəal rolu Azərbaycanın daxili və xarici siyasətini, xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diplomatik fəaliyyətini dəstəklədiyini və ABŞ-nin mühüm strateji tərəfdaş olduğunu təsdiqləyir. Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin uğurlu diplomatik fəaliyyətinin nəticəsidir ki, belə mühüm sənədlər imzalanır. Bu sənədlər regionda sülhün və sabitliyin təmin olunması, Azərbaycan ərazilərinin inteqrasiyası və kommunikasiyaların açılması kimi strateji məsələləri də əhatə edir. Xüsusilə, Zəngəzur dəhlizinə dair razılaşmalar, Azərbaycanın əsas əraziləri ilə Naxçıvan arasında fasiləsiz bağlantının yaradılması baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyev beynəlxalq münasibətləri dərindən bilən lider kimi regionda sülhün və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, həmçinin qlobal səviyyədə təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir. Proseslər göstərir ki, ABŞ Azərbaycanı regionda əsas tərəfdaşlardan biri kimi qiymətləndirir və onunla ikitərəfli əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. 


Millət vəkili Tahir Mirkişili Sherg.az-a deyib ki, Vaşinqtonda əldə olunan ilkin razılaşma, ATƏT-in Minsk qrupunun ləğv edilməsi, Naxçıvana maneəsiz gediş-gəliş, ABŞ ilə münasibətlərin yenidən qurulması və s. kimi məsələlər regionda yeni bir səhifəninin açılması deməkdir. Deputat qeyd edib ki, bu səhifəni açan və orada nə yazılacağını müəyyən edən Azərbaycan Prezidenti İlham Əliyevdir: 



"Sadaladığım məsələlər hələ 2020-ci ildən onun tərəfindən sülh prinsipləri kimi irəli sürülmüşdü. Bu prinsiplərin qəbul etdirilməsi (qəbul edilməsi deyil) üçün Azərbaycan böyük bir yol keçdi. Separatçılığa son qoydu, gücünün daimi və sarsılmaz olduğunu dəfələrlə sübut etdi, xalqın iradəsinin yenilməz olduğunu bütün dünyaya sübut etdi. Məhz bu amillər Ermənistana sülhün yeganə xilas yolu olduğunu qəbul etdirdi. 30 il ərzində bütün beynəlxalq platformalarda “ərazi bütövlüyü prinsipi”nin əleyhinə səs verən Ermənistan son 5 ildə bütün platformalarda bu prinsipin qabardılması üçün hər cür fədakarlıq etdi. Nə dəyişdi Ermənistanı? Prezident İlham Əliyevin dəmir iradəsi və dəmir yumruğu!". 


Parlamentari bildirib ki, bu gün regionun aparıcı qüvvəsi Azərbaycandır:

 "Azərbaycanın nəhəng layihələri bütün region ölkələrini əhatə edir. Ona görə də, regionda sülhün olması Azərbaycanın maraqlarına xidmət edir. Regionda münaqişə yaratmaq istəyən qüvvələr Azərbaycanın maraqlarına zərbə vurmuş olurlar. Azərbaycan-Ermənistan arasında dayanıqlı sülhün olması, Zəngəzur dəhlizinin fəaliyyət göstərməsi, ABŞ-nin regionda dəstəkverici rolunun artması Qafqaz ölkələrinin faydası üçün mühüm mərhələ olacaqdır. Biz daim güclü, bir və diri olmalıyıq! Yeni dünya artıq güclülərin dünyasıdır. Tarixdə bir çox hadisələrin əhəmiyyəti və dəyəri müəyyən bir zaman keçdikdən sonra daha aydın başa düşülür. 8 avqust 2025-ci il tarixinə Azərbaycan diplomatiyası uzun, çətin, amma şərəfli bir yol ilə gəlib çatdı və öz hədəflərinə nail oldu. Xatırladım ki, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin qurbanı və hədəfi hər zaman Azərbaycan olub. Münaqişə vaxtı Azərbaycana sanksiya tətbiq edən də ABŞ oldu. İşğala məruz qalan Azərbaycan erməni lobbisinin nail olduğu 907-cü düzəliş ilə ABŞ-dən sanksiyalara məruz qaldı. 1994-cü ildə Ulu Öndər Heydər Əliyev əsrin müqaviləsini imzalamaqla ABŞ siyasətinin dəyişdirilməsi istiqamətində uzun və fədakar bir yolun başlanğıcını qoydu. Azərbaycanın müstəqilliyinin dönməzliyi və əbədiliyi üçün o zaman ABŞ ilə münasibətləri inkişaf etdirmək həyati cəhətdən əhəmiyyətli idi. Erməni lobbisinin çox böyük təsirə malik olduğu ABŞ siyasətində ən azı neytrallığa nail olmaq çox böyük uğur idi və cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası 2000-ci illərin əvvəllərində artıq bu hədəfə nail oldu. 2020-ci ildə Vətən müharibəsi zamanı Tramp administrasiyasının neytral mövqeyi Azərbaycan diplomatiyasının həm də başqa cəbhədə əldə etdiyi mühüm zəfər idi. Güclü erməni diasporunun bütün səylərinə baxmayaraq, Azərbaycanın Zəfərdən sonra hər hansı sanksiyaya məruz qalmaması Prezident İlham Əliyevin dahiyanə gedişlərinin nəticəsi idi. Və burada artıq Azərbaycan diplomatiyası dünyada ən yüksək peşəkarlıq qabiliyyətini nümayiş etdirdi".


T.Mirkişili əlavə edib ki, 8 avqust Vaşinqton görüşü və əldə olunan razılaşmalar təkcə Ermənistanla bağlı deyildi: 

"Ermənistan onsuz da Prezident İlham Əliyev tərəfindən təklif edilən prinsipləri qəbul etdiyini bəyan etmiş və hər mənada onun qarşısında təslim olmuşdu. Azərbaycanın Qarabağda məğlub etdiyi qüvvələr sırasında Ermənistan ən kiçiyi və ən zəifi idi. Digər düşmənlər üzərində Zəfərin sənədləşməsi üçün 8 avqust görüşü lazım idi və bu görüş çox ustalıqla və məharətlə təşkil olundu. ABŞ prezidentinin dilindən bütün dünyaya verilən mesajlar artıq bütöv və azad Azərbaycanın müstəqilliyini və dövlətçiliyini əbədi etdi. Bu, dünya diplomatiya tarixində bir müsəlman və türk dövlətinin indiyə qədər nail olduğu ən yüksək zirvədir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Avqust 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see273

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see264

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see245

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see233

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see212

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see200

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see177

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see174

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see158

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see154

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see149

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see140

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see137

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see136

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see136

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see134

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see133

Həmin qadağanı bir il daha uzatdılar

26 Dekabr 2025 02:14see129

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri