Icma.az
close
up
RU
“Azərbaycanın hərbi və siyasi qələbələri ölkəmizi Cənubi Qafqazın liderinə çevirdi” POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycanın hərbi və siyasi qələbələri ölkəmizi Cənubi Qafqazın liderinə çevirdi” POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Hərbi qələbəni qazanmaq üçün Azərbaycan hakimiyyəti uzun illər çox ağır və yorulmaq bilmədən çalışdı. Həm daxildə, həm xaricdə çox böyük işlər apardı, iqtisadiyyatı yüksəltdi, ordunu gücləndirdi və gəncləri vətən ruhunda tərbiyə etdi. Bunun nəticəsində də məhz 44 günlük müharibədə Azərbaycan ordusu qələbə çaldı, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında və doğrudan da Azərbaycan oğulları ölümün gözünə dik baxa-baxa torpaqları azad etdilər, əliyalın Şuşaya qalxdılar, erməni quldurlarını oradan qovdular". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, bütün bunlar doğrudan da xalqımızın uzun illər hazırlığı, dövlətimizin qayğısı sayəsində baş verdi: "Bu qələbənin siyasi bazası, iqtisadi bazası Azərbaycan xalqının birliyi oldu. Azərbaycan xalqının varının, dövlətin 26-27 ildəki sərvətlərinin birləşdirilməsi oldu və məhz bütün bunların da birləşdirilməsinə Azərbaycan Prezidenti gecə-gündüz səy göstərdi və xalqı öz ətrafında birləşdirdi, bu qələbəni qazandı. Bir gündə doğrudan da Azərbaycan qələbədən sonra Cənubi Qafqazın lider ölkəsinə çevrildi. Dünya siyasi arenasında Azərbaycan özünə məxsus yer tutmağa başladı. Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrildi.

Avqustun 8-də ABŞ Prezidentinin - Donald Trampın iştirakı ilə Vaşinqton Bəyannaməsi qəbul olundu. Bu, doğrudan da çox böyük, tarixi bir hadisədir. Təsəvvür edin ki, dünyanın ən hegemon ölkəsinin prezidenti Azərbaycan Prezidentinə “siz böyük lidersiniz” deyə müraciət edir və onun “siz güclü danışıqlar apara bilirsiniz” sözləri ilə tərifləyir. Bu, doğrudan da İlham Əliyevin son illərdə apardığı həm iqtisadi, həm siyasi işlərin nəticəsidir. Yəni bu, necə deyərlər, bir triumfdur. 44 günlük qələbədən sonra Rusiyanın vəziyyətinin gərginləşməsindən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması Vaşinqtonda - Oval kabinetdə oldu. Bu da doğrudan da çox böyük bir siyasi qələbədir.

Hesab edirəm ki, Azərbaycanın bu qələbələri bundan sonra da olacaq, iqtisadi inkişafı daha da artacaq. Hazırda Çində səfərdə olan Azərbaycan Prezidenti Çin lideri Si Tszinpinlə görüşdü və o da Azərbaycan Prezidentinə “əziz dostum” deyə müraciət elədi. Çünki bunlar hamısı onu göstərir ki, Azərbaycan Prezidentinin apardığı siyasət doğrudur, düzgündür, xalqın, dövlətin maraqlarını əhatə edir, qoruyur və ona görə də inkişaf məhz Azərbaycanla olan inkişafa dünya dövlətləri - özü də həm Amerika, həm Çin - maraq göstərir.Hesab edirəm ki, Azərbaycanın ən gözəl dövrü qələbəmizdən sonra başlayıb və Qarabağımız bu gün inkişaf edir, yenidən qurulur, tikilir və eyni zamanda əhalinin sosial vəziyyəti yaxşılaşır. Hesab edirəm ki, bundan sonra da Azərbaycan daha da inkişaf edəcək, xalq da yaxşı yaşayacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Sentyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri