8 ayda 695 avtomobil və 2 müəssisə özəlləşdirildi
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
2026-cı ilin yanvar-avqust ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən dövlət büdcəsinə ümumilikdə 152,5 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə keçirilən 40 hərracda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 695 nəqliyyat vasitəsi özəlləşdirilib. Nəticədə özəlləşdirmədən büdcəyə 114,7 milyon manat daxil olub.
Bundan başqa, qurum tərəfindən 363-ü qeyri-yaşayış, 2 590-ı isə torpaq sahələri üzrə olmaqla ümumilikdə 2 953 yeni icarə müqaviləsi bağlanılıb. Daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar isə 37,8 milyon manat təşkil edib. Dominos pizza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 23 Sentyabr 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















