Icma.az
close
up
RU
11 dövlət əmlakı özəlləşdirildi

11 dövlət əmlakı özəlləşdirildi

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ƏMDK-dan “Ölkə.Az”a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 6-sı kiçik dövlət müəssisəsi, 5-i istifadəsiz qeyri yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 3 istifadəsiz qeyri yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 6 kiçik dövlət müəssisəsi və 2  istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib. Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır.
Belə obyektlərə Sumqayıt şəhərində yerləşən “Şəfəq kafesi”, İmişli rayonunda olan “Tərəvəz Anbarı”, Göyçaydakı “Taxıl Məhsullarının emalı və satışı müəssisəsi” aiddir. Qeyd edilməlidir ki, “Şəfəq kafesi”nin torpaq sahəsi 320 kv.m-ə yaxın, ümumi faydalı sahəsi isə 121 kv.m, “Tərəvəz Anbarının torpaq sahəsi 574 kv.m, ümumi faydalı sahəsi isə 2234 kv.m,  “Taxıl Məhsullarının emalı və satışı müəssisəsi”nin isə torpaq sahəsi 6452 kv.m, ümumi faydalı sahəsi 213 kv.m təşkil edir.
Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Qeyd edək ki, bölgələrdə özəlləşdirilən 6 kiçik dövlət müəssisəsinin 3-ü İmişlidə, qalanları isə Göyçayda, Xaçmazda, Sumqayıtda yerləşir.
Qeyd edək ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 3-ü paytaxtda, 2-si isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 2-si Nəsimi, digəri Nizami rayonunda yerləşir. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsinin hər ikisi Mingəçevir şəhərindədir. Özəlləşdirilən əmlakların sahəsi 15  kv.m ilə 49 kv.m arasında dəyişir.
Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri  Gəncə şəhərində yerləşən sahəsi 37 kv.m olan qeyri-yaşayış sahəsidir.
Özəlləşdirilən nəqliyyat vasitəsinin markaları isə Hyundai Sonata və QAZ-3307-dir. Avtomobillər müvafiq olaraq 2007-ci il və 2008-ci ilin buraxılışıdır.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
//www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r
Qeyd edək ki, 2017-ci ildə 110 hərrac keçirilib. Xarici investorlarında özəlləşdirməyə cəlb edilməsi, hərraclara qatılması istiqamətində işlər aparılır. 500-ə yaxın şirkətə, 40-a yaxın investisiya, beynəlxalq konsaltinq şirkətinə, özəlləşdirmə prosesi, ölkədə mövcud olan investisiya mühiti, özəlləşdirmənin faydaları, üstünlükləri, hərraclar və digər məsələləri əhatə edən müraciətlər ünvanlanıb.
Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir.  Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var.  Qeyd edilməlidir ki, portaldan istifadə edənlərin sayı  800 mindən artıqdır.
“Hərracların keçirilməsinin bir sıra iqtisadi üstünlükləri mövcuddur. Belə ki, proses ölkədə özəlləşdirməni sürətləndirir, iri və orta portfelli sahibkarlığın inkişafına dəstək verir. Eləcə də, müxtəlif iqtisadi sahələrdə, o cümlədən pambıqçılıq, quşçuluq, tikinti, nəqliyyat, xidmət və sair sahələrin canlanmasına və inkişafına təkan olur. Belə müəssisələr və obyektlərdə fəaliyyət yenidən daha müasir şərtlərlə bərpa edilir. Bu isə paytaxtla yanaşı regionlarda yeni iş yerlərinin açılmasına səbəb olur”, - deyə məlumatda vurğulanıb.   

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Oktyabr 2025 00:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see585

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see561

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see557

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see478

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see473

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see439

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see373

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see365

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see333

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see323

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see317

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see309

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see305

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see297

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see296

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see296

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri