8 ci “Azerbaijan Photo Salon” adlı beynəlxalq fotomüsabiqə keçirilir
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 6 may, AZƏRTAC
Azərbaycanda “Gilavar Foto Klubu” İctimai Birliyinin təşkilatı dəstəyi ilə 8-ci “Azerbaijan Photo Salon 2025” adlı beynəlxalq fotomüsabiqə keçirilir.
Bu barədə AZƏRTAC-a ictimai birlikdən məlumat verilib. Müsabiqə Beynəlxalq Foto Sənəti Federasiyası və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının xüsusi icazələri ilə təşkil edilir.
Müsabiqənin keçirilməsində məqsəd ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsilə tanıtmaqdır.
Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və mənzərə mövzuları üzrə təqdim olunacaq fotolar Serbiya, Türkiyə və Kiprdən olan 3 nəfərdən ibarət beynəlxalq dərəcəli münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılacaq.
http://www.salon.gilavar.net saytı vasitəsilə keçirilən müsabiqədə dünyanın istənilən yerindən olan peşəkar və həvəskar fotoqraflar iştirak edə bilər. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq.
Xatırladaq ki, Gilavar Foto Klubu tərəfindən hər il yerli və beynəlxalq səviyyəli yarışmalar təşkil edilir. Bu günədək klub tərəfindən 20-dən artıq fotomüsabiqə keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 06 May 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















