Icma.az
close
up
RU
® 8 ci “Brand Award Azerbaijan 2026” milli müsabiqəsinin qeydiyyatına start verilib

® 8 ci “Brand Award Azerbaijan 2026” milli müsabiqəsinin qeydiyyatına start verilib

Icma.az bildirir, Azertag portalına istinadən.

13-cü Beynəlxalq “Caspian Energy Forum 2025” çərçivəsində YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov və “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

44 günlük müharibədə qazanılmış Zəfərin 5-ci ildönümünə həsr edilmiş memorandumun müddəalarına əsasən, 2026-cı ildə keçiriləcək 8-ci “Brand Award Azerbaijan 2026” milli müsabiqəsində iştirak etmək və öz ticarət markasını təqdim etmək istəyən bütün şirkətlər YAŞAT Fonduna minimum 200 manat məbləğində ianə etməli və ödəniş qəbzini Təşkilat Komitəsinə təqdim etməlidirlər. Qeyd edək ki, milli müsabiqədə iştirak etmək üçün bu yeganə tələbdir və bu şərti yerinə yetirən şirkətlər müsabiqədə tamamilə ödənişsiz şəkildə iştirak hüququ qazanacaqlar.

“Vətən müharibəsi qaziləri və şəhid ailələri qarşısında mənəvi öhdəliyimizi yerinə yetirmək hər birimizin vətəndaşlıq borcudur. Biz inanırıq ki, sahibkarlar bu təşəbbüsə fəal şəkildə qoşularaq YAŞAT Fonduna dəstək göstərəcəklər. Əməkdaşlığımızın məqsədləri Azərbaycan sahibkarlığında sosial məsuliyyət mədəniyyətini inkişaf etdirmək, şəhidlərin ailə üzvlərinə və müharibə əlillərinə dəstək göstərmək, milli brendlərin sosial yönümlü imicini gücləndirmək və 8-ci “Brand Award Azerbaijan 2026” platformasının humanitar və vətəndaş məsuliyyəti missiyasını genişləndirməkdir”, - deyə Telman Əiyev vurğulayıb.

8-ci “Brand Award Azerbaijan 2026” milli müsabiqəsinin səsvermə mərhələsi 2026-cı il 26 yanvar tarixindən 27 fevral tarixi arasında keçiriləcək. Nəticələr isə 2026-cı ilin martın 11-də keçiriləcək təntənəli mərasimində elan olunacaq. Müsabiqə "Award Organizers Group"un təşkilatçılığı, eyni zamanda, “Caspian Energy Club” ilə Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) rəsmi tərəfdaşlığı ilə həyata keçirilir. 8-ci “Brand Award Azerbaijan 2026” milli müsabiqəsinin baş informasiya tərəfdaşı “Caspian Energy International Media Group” şirkətidir.

“Brand Award Azerbaijan” layihəsinin məqsədi Azərbaycanda istehsal olunan məhsul və xidmətləri təqdim edən hər bir ticarət markasını “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) dəstəyi sayəsində həm yerli, həm də beynəlxalq səviyyədə tanıtmaqdır. Bu il də müxtəlif sahələrdə fəaliyyət göstərən ticarət markaları öz adlarını istehlakçı rəğbəti qazanan və ölkənin ən tanınan 50 ticarət markası sırasında görmək şansı əldə edəcəklər.

Telman Əliyevin sözlərinə görə, bu layihədə iştirak edən ticarət markaları üçün müsabiqə təkcə nüfuz qazanmaq vasitəsi deyil, eyni zamanda, beynəlxalq miqyasda strateji tərəfdaşlıqlar qurmaq və daha geniş istehlakçı auditoriyasına çıxış əldə etmək üçün bir imkandır.

“Caspian Energy Club”ın üzvləri öz mövcud üzvlük statuslarına uyğun olaraq, müsabiqədə iştirak etmək üçün ticarət markalarını qeydiyyatdan keçirə bilərlər. Beynalxalq platformada açıq və şəffaf prinsiplərlə təşkil olunan 8-ci “Brand Award Azerbaijan” milli müsabiqəsi çərçivəsində iştirakçılar ticarət markalarının tanıdılması ilə yanaşı, marketinq komandaları arasında xidmət və məhsullar üzrə yarışmaq fürsəti qazanırlar. Hər bir istifadəçi müsabiqənin rəsmi internet səhifəsi - https://brandaward.az, eyni zamanda, sosial media platformalarındakı rəsmi səhifələr vasitəsilə səsverməyə qoşula bilər. Qaydalara əsasən, hər səs verən iştirakçı minimum on ticarət markasına səs verməlidir.

Müsabiqə şirkətlərə təqdim etdikləri məhsul və xidmətlərin bazarda tanınma səviyyəsini müəyyənləşdirməyə, eləcə də həmin sahədə fəaliyyət göstərən digər ticarət markaları ilə müqayisəli təhlil aparmağa şərait yaradacaq. Müsabiqə bitdikdən sonra yalnız səsvermədə iştirak edən şirkətlər ticarət markaların coğrafi və demoqrafik reytinqini əldə etmək hüququna malik olacaqlar.

"Award Organizers Group" şirkəti 2025-ci ildə keçirilməsi planlaşdırılan “Brand Award International” müsabiqəsini 2026-cı ildə 14 iyul tarixində təşkil edəcək. Müsabiqə çərçivəsində digər iştirakçı ölkələrdə seçilən 50 ticarət markası milli və regional “Brand Award” müsabiqələrinin qalibləri ilə birgə 1 iyun – 3 iyul tarixlərində baş tutacaq “Brand Award International 2026” beynəlxalq müsabiqədə iştirak hüququ qazanacaqlar.

“Biz Azərbaycanın güclü, dinamik və beynəlxalq səviyyədə rəqabətədavamlı ticarət markalarını dünyaya tanıtmaq üçün çalışırıq. Ən əsas məsələ ondan ibarətdir ki, iştirakçılar bu müsabiqəyə yalnız mükafat naminə deyil, eyni zamanda öz ticarət markalarını inkişaf etdirmək və bazarda dəyər yaratmaq məqsədilə qatılırlar. Xüsusilə gənc və innovativ brendlərin bu prosesdə fəal iştirakı bizi son dərəcə sevindirir. Bu, Azərbaycanın sahibkarlıq ekosisteminin sağlam, müasir və rəqabət yönümlü inkişaf etdiyini əyani şəkildə sübut edir”, - deyə Telman Əliyev fikirlərini tamamlayıb.

“Caspian Energy Holding” haqqında qısa məlumat:

“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilib. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz"ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək. 2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

2004-cü ildən “Caspian Energy Club”ın dəstəyi ilə fəaliyyət göstərən “Award Organizers Group” dünyanın 12 ölkəsində “Caspian Energy Award”, “Caspian Business Award”, “Brand Award”, “CEO Award” və digər milli və beynəlxalq mükafatların təqdimat mərasimlərinin və müsabiqələrinin təşkilatçısıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see177

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see167

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see161

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see148

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see145

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see139

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see135

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see133

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see132

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see131

Pozulan nikahlar və gizli qalan səbəblər

03 Noyabr 2025 10:41see131

Fələstin fraksiyaları Qəzzada müvəqqəti administrasiyanın strukturunun razılaşdırılmasını müzakirə edir

02 Noyabr 2025 19:52see130

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see130

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see127

The Economist: Tayvanın B planı ...

02 Noyabr 2025 20:46see126

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see125

Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?

03 Noyabr 2025 02:00see123

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see122

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see120

Toral Bayramov əli Kriştiano Ronaldonun çiynində Foto

03 Noyabr 2025 08:32see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri