8 dərəcə şaxta olacaq, qar yağacaq
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən gecə bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Paytaxtda havanın temperaturu gecə 7-10° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz Naxçıvan MR-nın bəzi yerlərində arabir yağıntılı olacağı, dağlıq ərazilərində qar yağacağı gözlənilir.
Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Bölgələrdə havanın temperaturu gecə 5-9° isti, gündüz 15-19° isti, dağlarda 3-8° şaxta, gündüz 5-10° isti olacaq.
Bizim.Media
Baxış sayı:70
Bu xəbər 18 Noyabr 2026 08:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















