Alimentin minimum məbləği necə müəyyən edilir? Hüquqi izah
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün boşanma prosesində ciddi narahatlıq doğuran və davamlı müzakirə olunan məsələlərdən biri də alimentin məbləğinin müəyyən edilməsidir.
Belə ki, rəsmi iş yeri olmayan və yaxud minumum əməkhaqqı ilə çalışan şəxslərdən tutulan alimentin həcmi bir qayda olaraq narazılıq doğurur.
Bəs aliment məbləği necə hesablanır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Fuad Rüstəmli qeyd edib ki, alimentin məramı odur ki, valideynlərdən biri öz övladını saxlamaq üçün hüquqi öhdəlik götürür:
“Alimentin həcmi isə məhkəmələr tərəfindən əsasən yaşayış minimuna uyğun hesablanır. Yəni bir uşağın bir ay ərzində ehtiyaclarına nə qədər vəsait lazımıdır. Bu prizmadan yanaşanda hər uşağa görə bu il üçün 260 manat aliment hesablanır.
Amma müəyyən hallar məhkəmə tərəfindən nəzərə alınır. Məsələn, aliment ödənilməsi üçün ilkin tələb qarşılıqlı razılıqla müəyyən edilir. Razılıq olmadıqda, məhkəmə qaydasında müəyyən hədlərdə tənzimlənir. Yəni, rəsmi gəlir mövcuddursa, qazancın bir uşağa görə 25%-i, iki uşağa görə 1/3-i, üç və çox uşağa görə yarısı alimentə tutulur. Rəsmi və ya sabit gəlir yoxdursa, o zaman sabit pul məbləği və gəlirin müəyyən hissəsi formasında aliment tutula bilər”.
Surxay Atakişiyev, Bizim.Media
Baxış sayı:39
Bu xəbər 18 Noyabr 2026 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















