8 nəhəng dövlət İrana qarşı birləşdi KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Cənubi Koreya Xarici İşlər Nazirliyi Hörmüz boğazının açılması və beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaradılan beynəlxalq koalisiyaya rəsmən qoşulduğunu elan edib.
KONKRET.az xəbər verir ki, Seul bu addımı ilə Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Niderland və Kanadanın yer aldığı müştərək bəyanata imza ataraq, İranın boğazı faktiki bağlamasını və ticarət gəmilərinə hücumlarını kəskin pisləyib.
Nazirliyin rəsmi açıqlamasında vurğulanır ki, boğazdakı fasilələr Cənubi Koreyanın enerji təchizatına və milli iqtisadiyyatına birbaşa təhlükə yaratdığı üçün ölkə təhlükəsiz keçidin təmin olunmasında fəal iştirak etməyə hazırdır. Bu qərar Seulun regiondakı hərbi mövcudluğunu artıra biləcəyi və xüsusilə Cənubi Koreya HDQ-nin “Çonhe” antiterror bölməsinin Hörmüz sularında patrul xidmətinə cəlb olunacağı ehtimalını kəskin artırıb.
Analitiklər qeyd edirlər ki, dünyanın aparıcı iqtisadiyyatlarının bu cür kütləvi birləşməsi İranın “enerji şantajı”na qarşı qlobal müqavimət cəbhəsinin tam formalaşdığını göstərir. Hazırda bu 8 dövlətin hərbi gəmilərinin birgə fəaliyyəti və ABŞ-ın “Azad Naviqasiya” əməliyyatına dəstək verməsi planlaşdırılır ki, bu da Tehranın boğaz üzərindəki nəzarətini tamamilə itirməsi ilə nəticələnə bilər.//musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 21 Mart 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















