Icma.az
close
up
RU
“8 noyabr” Elektrik Stansiyası Zəfər tariximizə daha bir töhfədir

“8 noyabr” Elektrik Stansiyası Zəfər tariximizə daha bir töhfədir

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanı qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevirmişdir. Onun uzaqgörən siyasəti sayəsində ölkəmizin iqtisadi müstəqilliyi, enerji ölkəsi kimi dünya enerji sisteminə qayıdışı və inkişafının təminatçısı olmaqla “Neft Strategiyası”nın hədəflərinə nail olundu. Məhz bu siyasət nəticəsində dövlət başçısının enerji siyasəti Azərbaycanın enerji ölkəsi kimi inkişafında müasir qlobal trendlərə uyğun yeni səhifə açıldı.

Hazırda dünyada və yaxın regionumuzda baş verən mürəkkəb geosiyasi proseslər fonunda ölkəmizin Avropa üçün önəmi xeyli dərəcədə güclənib. Geosiyasi proseslər Avropanın enerji təhlükəsizliyi üçün yeni çağırışlar yaradır. Dünyada bu gün Azərbaycanın enerji resurslarına olan ehtiyac artmaqdadır. Azərbaycan, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrindən Avropaya enerji ixracını artırmaqla bu qitənin enerji təminatında önəmli rol oynamağa davam edir.

Həmçinin Azərbaycan alternativ enerji ixracatçısı qismində də çıxış edir. Artıq bu istiqamətdə praktiki addımlar atılır. Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, ölkəmiz 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq. Bu da Azərbaycanın ümumi enerji istehsalının 35 faizdən çoxunu təşkil edəcək.

İyunun 24-də Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edən dövlət başçısı bu stansiya layihəsinin əhəmiyyəti vurğulayaraq İtaliya və Çin şirkətlərinin bu layihədə iştirakının önəminə toxunulub. İşlərin qısa müddət ərzində yekunlaşması məmnunluqla qeyd edilib.

Ölkəmizin rəhbəri qeyd edib ki, “Mingəçevir 1970-ci illərdə Azərbaycan energetika sektorunun mərkəzi rolunu oynamışdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdur və Ulu Öndərin iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilmişdir. “

Son 20 il ərzində Azərbaycanın energetika sisteminin sıfırdan qurulduğunu qeyd edən cənab Prezident qeyd edib ki, “Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları qurulmuşdur, eyni zamanda, Mingəçevirdə də yenidənqurma işləri aparılmışdır. Yadınızdadır, burada baş vermiş qəza nəticəsində ölkəmizin böyük hissəsi, demək olar ki, işıqsız qalmışdı. Ondan sonra praktiki tədbirlər görülməyə başlanmış və biz qısa müddət ərzində burada böyük uğurlara nail ola bilmişik.”

Hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücünün 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücünün 1880 meqavat olduğunu vurğulayan dövlət başçısı bildirib ki, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur;

Bu layihənin qısa müddət ərzində icra edilməsini rekord nəticə adlandıran vənab prezident bildirib ki, sovet dövründə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının inşası 7 il davam etdiyi və cəmi 300 meqavat enerji əldə edildiyi halda, son iki il ərzində təxminən 2 min meqavat enerji əldə edilib. Buna səbəb isə düzgün enerji siyasəti, eləcə də mövcud energetika bazası və illər uzunu qazanılmış təcrübə,mühüm rol oynayıb. Eyni zamnada stansiyanın ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin böyük payı olduğunu bildirən ölkə başçısı bunu belə ifadə edib:” bu hər iki ölkə bizim üçün həm strateji tərəfdaşdır, həm də önəmli ticarət tərəfdaşımızdır. Qeyd etdiyim kimi, siyasi əlaqələr çox yüksək səviyyədədir və biz burada çox gözəl beynəlxalq əməkdaşlıq nümunəsini görürük.”

Ölkəmizin enerji siyasətinin bundan sonra da düşünülmüş şəkildə, strateji hədəflər müəyyən olunmaqla həyata keçiriləcəyini bildirən cənab Prezident bildirib ki, İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcəkdir və əgər bu gün bizim ümumi generasiya gücümüz 9000 meqavatdırsa, bu, nə deməkdir, bunu hər kəs başa düşə bilər. Eyni zamanda, bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazımızın ixracı daha da artacaq. Yəni, bir neçə məqsəd burada təmin edilir və əlbəttə ki, bütün bu işlərin təməlində bizim düşünülmüş siyasət dayanır. Çünki biz hər istiqamət üzrə düşünülmüş siyasət və proqramlar əsasında çalışırıq.

Stansiyanın adının seçilməsinin də şanlı tariximizlə əlaqələndirən dövlət başçımız əklif edilən variantlar arasından “8 Noyabr”ı özünün seçdiyini bildirərək bu adın şanlı Zəfərimizin tarixi ilə bağlı olduğunu qeyd edərək, Zəfər xalqımıza, dövlətimizə yaraşdığını bildirmişdir.

Son olaraq qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu enerji siyasəti ilə bir çox enerji layihələri reallığa qovuşmuşdur. Bunun nəticəsi olaraq Azərbaycan iqtisadi dividendlərlə yanaşı siyasi zəmanət də qazanmış, ölkənin iqtisadi inkişafını təmin etməklə siyasi arenada da söz sahibinə çevrilmişdir. “8 noyabr” Elektrik Stansiyası isə Zəfər tariximizə daha bir töhfədir.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyun 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri