Icma.az
close
up
RU
8 NOYABR: QƏLƏBƏDƏN SONRA BAŞLAYAN TARİX

8 NOYABR: QƏLƏBƏDƏN SONRA BAŞLAYAN TARİX

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Azər Rəşidoğlu

Homerin “Odisseya”sındaOdissey uzun illər davam edən müharibədən sonra vətəninə qayıdır. Amma müharibənin bitməsi bütün problemlərin həlli demək deyil. İtaka onu gözləyir, lakin evə qayıtmaqla vətəndə əvvəlki həyatı bərpa etmək arasında böyük məsafə var. Odisseyin əsl sınağı qayıdışdan sonra başlayır.

Bəlkə də 8 Noyabr Zəfərinin fəlsəfəsini anlamaq üçün bu qədim süjetdən daha maraqlı başlanğıc tapmaq çətindir. Azərbaycan da uzun illərdən sonra öz torpaqlarına qayıtdı. Ancaq tarixdə vətənə qayıtmaqla yeni həyat qurmaq heç vaxt nəsnə olmayıb.8 Noyabr Azərbaycanın müasir tarixində sadəcə hərbi qələbə günü deyil. Bu, bir neçə nəslin yaddaşında məskunlaşmış məğlubiyyət psixologiyasının qırıldığı, dövlətin itirilmiş siyasi təşəbbüsünü geri aldığı gündür. Şuşanın azad edilməsi ilə Azərbaycan təkcə müharibənin taleyini dəyişmədi, həm də tarixi yaddaşında xüsusi yer tutan bir şəhərə qovuşdu.

Amma tarixə yalnız sevinclə baxmaq kifayət deyil. Tarix həm də düşünmək, nəticə çıxarmaq və özünə çətin suallar vermək üçündür. 2020-ci ilin 44 günlük müharibəsi göstərdi ki, beynəlxalq münasibətlər sistemində haqlı olmaq vacibdir, amma haqlı mövqeyini müdafiə etmək üçün siyasi iradə, hərbi güc, iqtisadi imkanlar, diplomatik bacarıq və düzgün zamanlama da lazımdır. Uzun illər davam edən danışıqların nəticəsizliyi və beynəlxalq vasitəçilik mexanizmlərinin səmərəsizliyi Azərbaycanın hərbi-siyasi qərarının formalaşmasında mühüm rol oynadı. Qələbəni yalnız silahların gücü ilə izah etmək doğru olmazdı. Onun arxasında uzunmüddətli ordu quruculuğu, iqtisadi imkanlar, diplomatik manevr və informasiya müstəvisində aparılan mübarizə dayanırdı.

Şuşa isə bu qələbənin adi hərbi simvolu deyildi. Onun coğrafi mövqeyi, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan cəmiyyətinin kollektiv yaddaşındakı yeri şəhəri strateji hədəfdən daha böyük məfhuma çevirmişdi.

Lakin 8 Noyabrın əsl mənası keçmişdə deyil, gələcəkdə gizlənir. Tarixdə müharibədən sonra qarşısında yeni vəzifələr dayanan dövlətlərin taleyi ilə bağlı maraqlı nümunələr var.

İkinci Dünya müharibəsindən sonra Almaniya və Yaponiya dağıdılmış şəhərlərini bərpa etməklə kifayətlənmədilər. Onlar siyasi institutlarını, iqtisadi sistemlərini və dövlət idarəçiliyini yenidən qurmaq məcburiyyətində qaldılar. Xarici yardım, xüsusilə Marşall Planı, Avropanın iqtisadi dirçəlişində mühüm rol oynadı. Bu təcrübə göstərdi ki, müharibədən sonrakı inkişaf yalnız maddi bərpa deyil, həm də institusional yenilənmə tələb edir.

Əlbəttə, Azərbaycanın tarixi şəraiti həmin ölkələrin təcrübəsi ilə eyni deyil. Ancaq müqayisənin mahiyyəti başqadır - müharibədən çıxan dövlətin gələcək gücü təkcə hərbi potensialından deyil, cəmiyyətə təqdim etdiyi inkişaf modelindən də asılıdır.

Kinematoqrafiyada da bu məsələyə ciddi yanaşılıb. 1946-cı ildə çəkilmiş “Ömrümüzün ən gözəl illəri” filmi İkinci Dünya müharibəsindən qayıdan üç amerikalı veteranın həyatından bəhs edir. Onlar müharibədə qəhrəman olublar, amma dinc həyata qayıtdıqdan sonra yeni problemlərlə üzləşirlər. Qəhrəmanlardan biri müharibədə əllərini itirib, digərləri isə ailə, iş və cəmiyyətə yenidən uyğunlaşmaq çətinlikləri yaşayırlar.

Filmin əsas mesajı budur ki, cəmiyyət qəhrəmanlarını yalnız döyüş meydanında xatırlamamalı, onların müharibədən sonrakı həyatına da sahib çıxmalıdır. Bu nümunə Azərbaycan üçün də düşündürücüdür. Şəhid ailələrinin sosial müdafiəsi, qazilərin cəmiyyətə inteqrasiyası, müharibə travmalarının aradan qaldırılması, veteranların layiqli həyat şəraiti və keçmiş məcburi köçkünlərin doğma torpaqlarında normal həyata qayıtması qələbənin mənəvi məsuliyyətinin tərkib hissəsidir. Şəhidə ehtiram yalnız abidə ucaltmaqla, qaziyə hörmət isə rəsmi tədbirlərdə alqışlamaqla bitməməlidir.

2023-cü ilin sentyabrında Azərbaycan Qarabağ üzərində suveren nəzarətini tam bərpa etdi. Bununla münaqişənin hərbi mərhələsi başa çatdı. Lakin bütün siyasi, humanitar və psixoloji problemlər aradan qalxmadı. İtkin düşmüş şəxslərin taleyi, mina təhlükəsi və regional etimad problemi hələ də ciddi yanaşma tələb edir.

İndi qarşımızda başqa bir vəzifə dayanır - müharibənin yaratdığı yeni reallığı davamlı sülhə çevirmək. Azərbaycan artıq yalnız Qarabağ münaqişəsinin tərəfi deyil. O, Xəzər hövzəsinin enerji təhlükəsizliyində, Şərq-Qərb nəqliyyat dəhlizində və Cənubi Qafqazın gələcək siyasi arxitekturasında mühüm iştirakçıdır. Bu imkanlardan istifadə etmək üçün hərbi qələbə qədər diplomatik çeviklik, güclü institutlar, hüququn aliliyi və iqtisadi inkişaf lazımdır.

Bir təhlükəni də unutmaq olmaz ki, hərbi qələbənin yaratdığı özünəinam siyasi arxayınlığa çevrilməməlidir. Geosiyasətdə əbədi müttəfiqlər və dəyişməz maraqlar yoxdur. Bu gün Azərbaycanın maraqlarını dəstəkləyən qüvvələr sabah fərqli seçim edə bilərlər. Dövlətin uzunmüddətli təhlükəsizliyi ayrı-ayrı ölkələrin xoş niyyətinə deyil, özünün güclü siyasi, iqtisadi və institusional dayaqlarına söykənməlidir.

Homerin Odisseyi evinə qayıtdı, amma onun əsl sınağı qayıdışdan sonra başladı. Azərbaycanın da 8 Noyabrla qazandığı tarixi qələbədən sonrakı sınağı hələ davam edir. Çünki qələbə keçmişin cavabıdır, gələcək isə hələ açıq sualdır.

Azərbaycan müharibəni qazandı. İndi əsas məsələ qələbəni güclü dövlətə, dayanıqlı sülhə və ədalətli cəmiyyətə çevirməkdir. Zəfərin əsl tarixi qiyməti yalnız geri qaytarılan torpaqlarla deyil, həmin torpaqlarda və bütün ölkədə quracağımız həyatla müəyyənləşəcək...

AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Noyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri