Icma.az
close
up
RU
“8 Noyabr zəfəri dünya miqysında bənzərsiz qələbədir”

“8 Noyabr zəfəri dünya miqysında bənzərsiz qələbədir”

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin erməni faşizmi üzərində əldə etdiyi zəfər dünya miqyasında bənzərsiz qələbədir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə səsləndirdiyi fikirlər bunu bir daha sübut edir:

“Bildiyiniz kimi, cənab Prezident Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində əldə etdiyimiz tarixi qələbənin önəminə toxunub, 8 Noyabr zəfəri ilə bağlı maraqlı fikirlər səsləndirib. Dövlət başçısı çıxışında qeyd edib ki, Azərbaycanın əldə etdiyi 8 Noyabr zəfəri mütləq qələbədir və nə 44 günlük Vətən Müharibəsindən öncə, nə də bundan sonra bu qədər aydın, parlaq, qəti qələbə olmayıb.

Yaxın və uzaq keçmişə nəzər salsaq görərərik ki, Müzəffər Ali Baş Komandanın səsləndirdiyi bu fikirlər tarixi faktlara, tarixi gerçəkliklərə söykənir. Həqiqətən də, 8 Noyabr zəfəri mübahisəsiz və təkrarsız bir qələbədir. Bu fakt bir daha Azərbaycan Ordusunun Ermənistan və onun havadarları üzərində necə böyük, misilsiz qələbə çaldığını göstərir. Və bu fakt bir daha sübut edir ki, Azərbaycan xalqı, türk dünyası olaraq bu böyük, tarixi qələbə ilə nə qədər fəxr etsək azdır!”.

Seymur ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 May 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri