Icma.az
close
up
RU
8 ölkənin lideri gələn həftə Azərbaycana gəlir Nələr müzakirə ediləcək?

8 ölkənin lideri gələn həftə Azərbaycana gəlir Nələr müzakirə ediləcək?

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

6-7 oktyabr tarixlərində Türk Dövlətləri Təşkilatının (TDT) növbəti rəsmi zirvə toplantısı keçiriləcək. 

TDT-nin rəsmi vebsaytında 12-ci Zirvə Toplantısının Qəbələdə keçiriləcəyi bildirilib. Sammit regional sülh və təhlükəsizliyə həsr olunub.

Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Türk Dövlətləri Təşkilatının növbəti liderlər sammitinin ölkəmizdə keçirilməsi həm Azərbaycanın, həm də TDT-nin regional və beynəlxalq təhlükəsizlik məsələlərində artan rolunu bir daha göstərəcək:

“Bu, TDT-nin yumşaq gücdən daha sərt gücə mərhələli keçidinin təzahürü kimi dəyərləndirilə bilər. Azərbaycanın ev sahibliyi etdiyi bu tədbir TDT-yə yeni diplomatik çəki qazandıracaq. Sammit təşkilatın mövqeyini BMT səviyyəsində, ATƏT kimi beynəlxalq struktur qarşısında, eləcə də NATO və digər qurumlarda daha da gücləndirə bilər. Dünyada geosiyasi qarşıdurmalar dərinləşir və TDT-yə üzv ölkələrin ortaq hərəkət etməsi olduqca mühüm məsələdir. TDT-nin qlobal güc kimi formalaşmasına ehtiyac var. Ona görə də belə bir konfransın keçirilməsi vacibdir”.

Komitə sədri müzakirə olunacaq məsələlərdən də bəhs edib:

"TDT-də təhlükəsizlik, nəqliyyat, enerji və digər strateji məsələlərdə inteqrasiya xətti güclənib. Regional sülh, təhlükəsizlik mövzusu yalnız TDT-nin iqtisadi, mədəni sahələrdə yox, həm də siyasi, kibertəhlükəsizlik və informasiya təhlükəsziliyinə qarşı fəaliyyətinin əsasını təşkil edəcək. Sammit üçün Qəbələnin seçilməsi də çox mühüm məsələdir. Qəbələ tarixi İpək Yolunun üzərində yerləşir və strateji-coğrafi məkandır. Sülh sazişinin təşəbbüskarı olaraq, Azərbaycan TDT platformasında müzakirələr aparacaq və regionda yeni təhlükəsizlik modelinin formalaşamasında özünün lider rolunu bir daha təsdiqləmiş olacaq. Cənubi Qafqazda post-müharibə dövründə təhlükəsizliyin yenidən təmin olunması, necə qurulması düşünürəm Azərbaycanın yürütdüyü müstəqil daxili və xarici siyasətin bariz nümunəsi, təzahürüdür. Buna görə də konfransın Azərbaycanda keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda Ali Baş Komandan İlham Əliyevin istər Vaşinqton, istərsə də BMT tribunasından çıxışından sonra bu konfransın da keçirilməsi çox müsbət dəyərləndirilir və dünyaya verilən çox ciddi mesajdır”.

Qeyd edək ki, Zirvə Toplantısında üzv və müşahidəçi ölkələrin liderlərinin iştirak edəcəyi qeyd olunur.

Toplantıya aşağıdakı liderlərin qatılacağı gözlənilir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev

Qırğız Respublikasının Prezidenti Sadır Japarov

Macarıstanın Baş naziri Viktor Orban

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov (Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov da dəvət edilib)

TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev

Xatırladaq ki, bu ilin may ayında Macarıstanın paytaxtı Budapeştdə TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Oktyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see184

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see140

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri