Sabah ın oyununa rəng qatan futbolçunu komandada saxlamaq mümkün olacaqmı? KLUBDAN AÇIQLAMA
Icma.az bildirir, Sportal.az portalına istinadən.
Qış çempionu olan "Sabah" xüsusilə son vaxtlarda olduqca baxımlı futbol sərgiləməyə başlayıb. Dambrauskasın komandası gözəgəlimli oyun üslubuyla diqqət çəkir.
Heyətdə adından söz etdirən futbolçular çox olsa da, ağıla ilk gələnlərdən biri Velko Simiçdir. Serb futbolçu "Sabah"ın oyununa rəng qatır. Amma bir məsələ var ki, Simiç "Sabah"da icarə əsasında oynayır. O, müqaviləylə Türkiyənin I Liqa təmsilçisi "Sivasspor"a məxsusdur.
"Sivasspor" Super Liqada yerini itirdikdən sonra bəzi ödənişli futbolçularla yolları ayırmaq qərarı verdi. Belələrdən olan Velko Simiçi "Sabah"a icarəyə göndərdilər. "Sabah"ı Valdas Dambrauskasın çalışdırması da futbolçunun seçiminə təsir etdi. Litvalı mütəxəssisi "Omoniya"dan tanıyan Simiç yenidən köhnə tanışın rəhbərliyi altında oynamaq istədi.
"Sabah" da yaranmış durumdan səmərəli yararlanmağı bacardı. Maaşı yüksək olan Simiçi heyətinə sərfəli şərtlərlə qatdılar. Onun maaşının böyük hissəsini "Sivasspor" verir.
Lakin indidən ortaya belə bir sual çıxır ki, Simiçin "Sabah"dakı gələcəyi necə olacaq... Belə futbolçunu əldən vermək doğru olmaz, amma saxlamaq da asan görünmür.
Velko Simiçlə bağlı duruma aydınlıq gətirmək üçün "Sabah"ın mətbuat katibi Elnur Həmidova müraciət etdik. Sportal.az saytına açıqlama verən klub sözçüsü müqavilə şərtlərində Simiçin birdəfəlik alışını mümkün edən bəndin olduğunu dedi:
"Velko Simiç klubumuz üçün sərfəli şərtlərlə icarəyə götürülüb. Onun birbaşa transferi məsələsi də icarə müqaviləsi ilə tənzimlənir. Ancaq birbaşa transferi ilə bağlı məsələ icarə müddətinin sonunda tam bəlli olacaq"
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 01 Yanvar 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















