Icma.az
close
up
RU
8 yaşlı qızcığaza “dayı”nın cavabı...

8 yaşlı qızcığaza “dayı”nın cavabı...

Icma.az bildirir, Axar.az portalına istinadən.

Bu, küləyin uzaqlardan alıb uzaqlara sovurduğu bir qızcığazın hekayəsidir.

Bakının tozlu küçələrinin şahid olduğu bir hayqırtının, bir kimsəsizliyin hekayəsi…

Bazar günü idi.

İnsanlar üçün istirahət, onun üçün isə sadəcə bitməyən bir yol.

Zəmbillər hazır idi: dörd - 800 qramlıq, dörd - litrlik.

Bir toxunuşla yıxılacaq qədər zəif olan bu bədən necə olurdu ki, bu yükü daşıyırdı?

Hardan başlasın? Doqquzmərtəbədən, yoxsa aşağı küçədən?

Zəmbilin ipləri əllərini kəsirdi. Ovucu yanırdı. “Kaş bircə alt küçəni tez keçə biləydim…” – ürəyi sinəsinə sığmırdı.

Tinlərdə dayananların baxışları yenə üstünə zillənmişdi.

Qollarındakı ağırlıq yox, sözsüz baxışların içində gizlənən qorxu onu əzirdi.

İlahi, necə qorxurdu… necə tək idi.

İçində bir dua vardı: Kaş tez satıla… kaş, nolar, ay Allah… kaş bu gün tez bitsin!

Küçələr boş idi. Bazar gününün Bakısı sanki onu görmürdü.

Toz, külək və səssizlik — üçü də onun yol yoldaşı idi.

Alt küçədəki həyət evlərindən başladı.

Qapı-qapı döydü:

– Qatıq var… Təzə qatıq var…

Səsi özü qədər balaca idi.

Səsə səs verən olmadı.

Əlləri titrəyirdi, çiyinləri ağrıyırdı.

Yenə bir qapı. Yenə qorxu.

Qapını əsəbi bir dayı açdı.

O, başını aşağı salıb, titrək səslə soruşdu:

– Qatıq var… İstəmirsiniz?

Cavab daş kimi ağır oldu:

– Ay rəhmətliyin qızı, bazar günü səhər-səhər nə qatıq? Çıx çölə!

Qapı üzünə çırpıldı.

İnsan necə əzilə bilər?

Hansı yük insanı bu qədər əzə bilər?

Səkkiz yaşında bir qızcığaz üçün dünyanın çəkisi nə qədər olar?

Onu əzən bir söz idi.

Bir söz ki, içində illərin yoxluğunu daşıyırdı.

“Rəhmətliyin qızı…”

Deməli, bilirlər.

Deməli, hamı bilir.

Deməli, atası təkcə evdə deyil, küçədə də yoxdur.

Deməli, onun kimsəsizliyi artıq gizli deyil.

Çiyinlərinə zənbillərdən ağır bir şey yüklədi: adını bilmədiyi bir boşluq.

O gün nə qatıq satıldı, nə külək səngidi, nə də səkkiz yaşlı ürək sakitləşdi.

O gecə ilk dəfə başa düşdü:

Atası təkcə ölməmişdi…

Onun uşaqlığını da özü ilə aparmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://axar.az
archiveBu xəbər 22 Fevral 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri