Icma.az
close
up
RU
80 yaşlı qadını adada unutdular, səhər meyitini tapdılar

80 yaşlı qadını adada unutdular, səhər meyitini tapdılar

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avstraliyada Böyük Sədd rifində yerləşən Lizard adasında gəzintiyə çıxan 80 yaşlı qadın gəmi heyəti tərəfindən adada unudulub. Onun meyiti ertəsi gün tapılıb.

BAKU.WS xəbər verir ki, hadisə "Coral Adventurer" adlı kruiz gəmisinin şənbə günü adada keçirdiyi gəzinti zamanı baş verib. Məlumata görə, qadın digər sərnişinlərlə birlikdə adanın ən yüksək nöqtəsi olan Cook"s Look zirvəsinə qalxıb, lakin bir müddət sonra dincəlmək üçün qrupdan ayrılıb.

Gəmi gün batımı ərəfəsində adadan uzaqlaşıb, lakin bir neçə saat sonra qadının itkin düşdüyü məlum olub. Bundan sonra gəmi geri qayıdaraq axtarış əməliyyatına başlanılıb. Qadının cansız bədəni bazar səhəri tapılıb.

Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsi (AMSA) hadisə ilə bağlı araşdırmaya başladığını və gəminin bu həftə Darvin limanına çatdıqda heyətlə sorğu aparılacağını açıqlayıb.

Qurumun məlumatına görə, hadisə barədə şənbə günü yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 05:00) gəmi kapitanı tərəfindən məlumat verilib.

"Coral Expeditions" şirkətinin baş direktoru Mark Fifield hadisədən dərin kədər hissi keçirdiklərini bildirib.

Məlum olub ki, qadın Avstraliya sahilləri boyunca 60 günlük kruiz turunun ilk dayanacağında iştirak edirmiş. Bu səfərin biletlərinin qiyməti on minlərlə dollar təşkil edir. Şirkətin saytında qeyd olunur ki, "Coral Adventurer" gəmisi 120 sərnişin və 46 heyət üzvü tutumuna malikdir və uzaq bölgələrə səfərlər üçün xüsusi dizayn olunub. Gəmi, sərnişinləri gündəlik ekskursiyalara aparmaq üçün kiçik katerlərlə təchiz edilib.

Queensland polisi hadisəni "ani və şübhəli olmayan ölüm" kimi qiymətləndirib və məhkəmə-tibbi ekspertizanın aparılacağını açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 Oktyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri