Icma.az
close
up
RU
Təhlükə təkcə sərhəddən gəlmir: Prezidentdən Azərbaycan üçün yeni çağırışlar

Təhlükə təkcə sərhəddən gəlmir: Prezidentdən Azərbaycan üçün yeni çağırışlar

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində səsləndirdiyi fikirlərin hər biri ayrı-ayrılıqda siyasi mesajlar idi. Ümumiyyətlə, həmişə olduğu kimi, prezidentin çıxışı sistemli idi. O, ayrı-ayrı məsələləri bir-biri ilə əlaqələndirilmiş şəkildə diqqətə çatdırdı və müəyyəm mesajlar verdi".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi. Onun sözlərinə görə, xüsusilə bu gün Azərbaycan xalqını düşündürən məsələlər, o cümlədən Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri ilə bağlı məqamlar daha çox diqqət çəkir:

"Bu məsələ bilavasitə başqa bir ciddi sahə ilə də əlaqəlidir. Söhbət ideoloji təhdidlərdən və ideoloji risklər şəklində özünü göstərən müdaxilələrdən gedir. Çünki ideoloji təhlükəsizlik birmənalı şəkildə ölkənin təhlükəsizlik sisteminin tərkib hissəsidir. Bununla belə, ideoloji təhlükəsizlik məsələlərinə toxunmadan, çıxışda səsləndirilən digər fikirlərə gəldikdə, xüsusilə vurğulamaq istəyirəm ki, qeyd etdiyiniz müddəalara Azərbaycanın milli suverenliyinin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi və beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyinin möhkəmləndirilməsi kontekstində nəzər salmaq olar".

Millət vəkili qeyd etdi ki, bu zaman bir sıra vacib məqamlar ön plana çıxır:

"Birincisi, daxili qərarların müstəqil qəbul edilməsi, ikincisi, milli-mənəvi dəyərlərin qorunması, üçüncüsü isə beynəlxalq nüfuzun konkret siyasi imkanlara çevrilməsidir. Şübhəsiz ki, Azərbaycanın daxili işlərinə qarışmamaq prinsipinin prezident tərəfindən ön plana çəkilməsi dövlət suverenliyinə və beynəlxalq hüququn əsas prinsiplərinə verilən əhəmiyyəti ifadə edir. Bu yanaşma həm də o deməkdir ki, ölkənin siyasi və ictimai inkişaf modeli, dövlət idarəçiliyi ilə bağlı qərarları və milli maraqları xarici təzyiqlərdən asılı olmadan müəyyənləşdirilməlidir. Eyni zamanda, bu prinsip beynəlxalq münasibətlərdə qarşılıqlılıq və dövlətlərin bərabərliyi anlayışları ilə sıx bağlıdır. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan təmsil olunduğu bütün platformalarda bərabərlik və qarşılıqlı hörmət məsələlərini ön plana çəkir, burada həm bərabərlik prinsipinin ifadə olunması, həm də milli maraqlara cavab verən siyasətin həyata keçirilməsində suverenliyin qorunması olduqca vacibdir. Çünki suverenlik yalnız ərazi bütövlüyünün və siyasi müstəqilliyin qorunması demək deyil. O, həm də dövlətin öz inkişaf prioritetlərini sərbəst müəyyənləşdirmək imkanını ehtiva edən çox vacib bir məfhumdur. Bununla yanaşı, daxili işlərə qarışmamaq prinsipi beynəlxalq hüquqdan irəli gələn öhdəliklər və dövlətlərin könüllü şəkildə qəbul etdikləri beynəlxalq razılaşmalarla birlikdə nəzərdən keçirilməlidir. Azərbaycan da öz davranışlarında və strateji tərəfdaşları ilə münasibətlərində bu prinsiplərə xüsusi diqqət yetirir".

Siyasətçi vurğuladı ki, Azərbaycan hansısa dövlətin daxili işlərinə qarışmır və qəbul edilən qərarlara hörmətlə yanaşır:

"Əsas məsələ qarşılıqlı əlaqələrin ümumi inkişafa fayda verməsidir. İdeoloji təhlükəsizlik məsələsinə gəldikdə isə bir daha vurğulamaq istəyirəm ki, bu, milli təhlükəsizliyin tərkib hissəsidir. Prezidentin fikirlərində diqqət çəkən məqamlardan biri də ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər əhəmiyyətli hesab edilməsidir. Fiziki təhlükəsizlik, şübhəsiz ki, ordu və güc strukturları vasitəsilə təmin oluna bilər. Lakin ideoloji təhlükəsizlik daha çevik müdafiə sisteminin yaradılmasını zəruri edir. Eyni zamanda, cəmiyyətin özündə ideoloji təhdidlərə qarşı immunitetin formalaşdırılmasını nəzərdə tutur. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının VIII qurultayında çıxış edən Prezident İlham Əliyev də bu məsələyə xüsusi diqqət yetirib və qeyd edib ki, təhsil və vətənpərvərlik ideoloji təxribatlara qarşı əsas vasitələr kimi nəzərdən keçirilə bilər".

Milli Məclis üzvünün sözlərinə görə, rəqəmsal mühitdə və süni intellektin geniş yayıldığı şəraitdə yaranan risklər də ideoloji təhlükəsizlik müstəvisindəki bir çox məsələləri daha da aktuallaşdırır:

"Buna görə də prezident təhsil və vətənpərvərlik mövzularına kifayət qədər geniş yer ayrılmasını xüsusi qeyd edib. Bu yanaşmanın siyasi mesajı ondan ibarətdir ki, müasir dövlətlərin təhlükəsizliyi çoxşaxəli və geniş imkanlara malik müdafiə sistemi vasitəsilə təmin olunur".

A.Allahverənov bildirdi ki, informasiya məkanının qorunması, cəmiyyətin dezinformasiyaya qarşı dayanıqlılığı, milli kimliyin və dövlətçilik şüurunun möhkəmləndirilməsi bu sistemin mühüm elementləridir:

"İdeoloji təhdidlərin sərhədləri yoxdur. Məhz bu səbəbdən milli kimlik, dövlətçilik şüuru, cəmiyyət və ictimai rəy ideoloji təhdidlərin əsas hədəfləri sırasındadır. Bu məsələlər sosial şəbəkələrin, süni intellekt texnologiyalarının və transsərhəd informasiya axınlarının təsirinin artdığı şəraitdə xüsusilə aktuallaşır. İdeoloji təhlükəsizliyin səmərəli təmin olunması üçün informasiya məkanının qorunması ilə yanaşı, vətəndaşların tənqidi düşüncə qabiliyyətinin inkişaf etdirilməsi də vacibdir. Bu baxımdan media savadlılığı, etibarlı informasiya mənbələrinə əsaslanmaq və məlumatları düzgün təhlil etmək olduqca önəmlidir. İstənilən halda, milli maraqların və dəyərlərin müdafiəsi açıq ictimai müzakirəni, fikir müxtəlifliyini və informasiya əldə etmək imkanlarını istisna etməməlidir. Güclü cəmiyyət yalnız məlumatı məhdudlaşdırmaqla deyil, onu təhlil etmək və həqiqəti yanlış məlumatdan ayırmaq bacarığı ilə seçilir. Bu baxımdan, rəqəmsal platformalardan fəal istifadə edən gəncləri nəzərə alsaq, ideoloji təhlükəsizliyin təmin olunması ilə bağlı məsuliyyətin müəyyən mənada onların da üzərinə düşdüyünü görə bilərik. Azərbaycanın beynəlxalq nüfuzuna və beynəlxalq platformalardakı əhəmiyyətinə gəldikdə isə şübhəsiz ki, ölkəmiz bu platformalardakı fəaliyyətini artırmaqla öz nüfuzunu da gücləndirməyə nail olur. Müxtəlif siyasi güc mərkəzləri ilə münasibətlərlə yanaşı, beynəlxalq platformalar çərçivəsində fəallığın da artdığını görürük. Bu isə yeni əməkdaşlıq imkanları yaradır.

Bu baxımdan, Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Zirvə Toplantısında çıxış edən Prezident İlham Əliyevin Azərbaycanın Avropa ilə Asiya arasında körpü rolunu oynadığını və müstəqil xarici siyasət kursuna malik olduğunu bildirməsi xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın təmsil olunduğu platformalarda fəallığının milli maraqların təmin olunması ilə yanaşı, regional əməkdaşlıq üçün də əlavə imkanlar yaratdığını göstərir".

Siyasi şərhçi əlavə etdi ki, Azərbaycan Asiya ilə Avropanın kəsişməsində yerləşməklə müəyyən mənada körpü funksiyasını yerinə yetirir.

"Beləliklə, ölkəmizin birləşdirici rola malik olduğunu görürük. Yeri gəlmişkən, 2027-ci ildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına sədrlik edəcək. Bu, çox vacib platformalardan biridir. Azərbaycan sədrliyi dövründə İslam dünyasını birləşdirən mühüm təşəbbüslərin həyata keçiriləcəyini gözləmək olar. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatında fəallığımız, G6 formatındakı proseslərdə iştirakımız və gələn il G6-nın mühüm tədbirlərindən birinin Azərbaycanda keçirilməsi ilə bağlı məqamlar ölkəmizin beynəlxalq platformalardakı mövqeyinin əhəmiyyətini göstərir. Azərbaycan bu platformalarda fəal təmsil olunmaqla yanaşı, beynəlxalq nüfuzunu artırmaq və imicini möhkəmləndirmək imkanları da qazanır. Ölkəmiz bunu həm həmin tədbirlərə ev sahibliyi etməklə, həm də onların fəaliyyətində yaxından iştirak etməklə həyata keçirir.

Xüsusilə nəzərə alsaq ki, söhbət kifayət qədər geniş fəaliyyət dairəsinə malik platformalardan gedir, bu platformaların inkişafında ön sırada olmaq, bəzi hallarda isə lokomotiv rolunu oynamaq mühüm əhəmiyyət daşıyır. Məsələn, Türk Dövlətləri Təşkilatında Azərbaycan Türkiyə ilə birlikdə bu prosesdə yaxından iştirak edir. Bu, şübhəsiz ki, ölkəmizin beynəlxalq münasibətlərdə öz maraqlarını müstəqil şəkildə müəyyənləşdirən, müxtəlif tərəfdaşlarla əməkdaşlıq edən və regional proseslərdə fəal iştirak edən dövlət kimi mövqeyini qorumasına və daha da möhkəmləndirməsinə xidmət edir. Nəticə etibarilə, bu xarici siyasət kursu geniş fəaliyyət imkanlarına malikdir və onun strateji əhəmiyyəti danılmazdır", - deyə deputat yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Oktyabr 2026 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri