83 yaşında TikTok a girən ulduz Entoni Hopkins 3 cü arvadı barədə nəyi etiraf etdi?
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünyanın ən məşhur aktyorlarından biri olan Entoni Hopkins gənclik illərində "böyük uğur qazanmayacaq" deyilsə də, zəhməti və istedadı ilə kino tarixinin əfsanəsinə çevrildi.
1937-ci ildə Uelsdə anadan olan Hopkins disleksiya səbəbindən məktəbdə çətinlik çəkirdi, lakin musiqiyə və sənətə marağı onu yaradıcılığa yönəltdi. Məşhur aktyor Riçard Börtonla təsadüfi tanışlıqdan sonra o, Uels Musiqi və Dram Kollecinə daxil oldu, daha sonra Londonda aktyor təhsilini tamamladı.
Hopkins əvvəlcə Kral Milli Teatrında parladı və "Qışda Aslan", "Müharibə və Sülh" kimi layihələrlə tanındı. Əsl dünya şöhrətini isə 1991-ci ildə "Quzuların səssizliyi"ndə Hannibal Lekteri canlandıraraq qazandı. Bu rol ona "Oskar" gətirdi.
Sonrakı illərdə o, "Payız əfsanələri", "Tanış olun, Co Blek", "Sınıq", "Ayin" kimi filmlərdə də diqqət çəkdi. 2020-ci ildə isə "Ata" filmindəki güclü performansı ilə 83 yaşında ikinci "Oskar"ını aldı.
Hopkins üç dəfə evlənib. 2003-cü ildən bəri həyat yoldaşı Stella Arroyave onun həyatında sabitlik və dəstək mənbəyidir. O, sosial şəbəkələrdə də aktivdir, paylaşdığı videolarla milyonların sevgisini qazanır.
2025-ci ildə aktyor "Biz bacardıq, insan" adlı memuarının çıxacağını açıqlayıb. O, burada uğura aparan yolundan, səhvlərindən və öyrəndiyi dərslərdən bəhs edir.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 10 Dekabr 2025 20:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















