Icma.az
close
up
RU
87 yaşlı cəbrayıllı balası...

87 yaşlı cəbrayıllı balası...

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Soyuq qış aylarından biri idi. Zəngləşib nəşriyyatdakı iş yerində onunla görüşdük. Məqsədimizi bilirdi, məlum vertalyot qəzasında şəhid olan Vəli Hüseyn oğlu Məmmədov haqqında xatirələrini danışacaqdı. Adətən kamera qarşısında danışmaq çətin olur, hər adam xatirələrini nizamlayıb, fikirlərini ardıcıl ifadə etməyi bacarmır. O isə, elə nizamla danışdı ki, filmi məhz onun söhbəti üzərində qurmalı olduq. O vaxt yaşı yetmiş beşi təzə haqlamışdı. Budur, artıq səksən yeddi yaşını arxada qoyur. Söhbət Yasif Nəsirlidən gedir. O Yasif Nəsirlidən ki, 1938-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində dünyaya gəlib. Həmin rayonun Soltanlı kənd orta məktəbini bitirdikdən sonra, əvvəlcə Bakı Mədəni-Maarif texnikumunu, sonra isə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. Daha sonra müxtəlif illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali ədəbiyyat kurslarında olub, Ali komsomol məktəbində, SSRİ DTK-nin Dzerjinski adına Ali məktəbində təhsilini davam etdirib...

Filologiya elmləri doktoru, professor İmaməddin Zəkiyev onun haqqında yazır: “O, ədəbi yaradıcılığa orta məktəb illərində başlasa da, imzası geniş oxucu kütləsinə 1960-cı illərdən tanışdır. Bakı ədəbi-elmi mühitində onun əlindən tutan, yaradıcılığına düzgün istiqamət verən ustad qələm sahibləri sırasında Nəsir İmanquliyev, Mir Cəlal Paşayev, Ağamusa Axundov, Cəmil Əlibəyov və başqalarının adı xüsusi qeyd edilməlidir. O, bu korifeylərin hər birindən çox şey öyrənmiş və aldığı düzgün istiqamətin məziyyətlərini yazılarına hopdurmuşdur. Məqalə, oçerk, xatirə və kitablarında bu parlaq simaların adlarını hörmət və ehtiramla çəkərək onları nəcib məqsədlər adamı kimi xarakterizə edib. Ziyalılığın fövqündə duran bu cəsarətli düşüncə sahiblərinin özünə və sözünə Yasif Nəsirlinin verdiyi doğru qiymət onu bir gün də tərk etməyib. Ustadlarının etimadını əməli fəaliyyəti ilə doğrultsa da, - mən ədəbiyyata da, elmə də, ustad müəllimlərimə də hələ çox borcluyam - deməsi onun daxili aləminin zənginliyindən irəli gələn böyük etirafdır...”

...Əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetinin Elmi Cəmiyyətinin sədri və universitet qəzetinin baş redaktorunun müavini kimi başlayıb. Bir müddət sonra Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində təlimatçı işləyib, sonra burada şöbə müdiri vəzifəsində çalışıb. "Ulduz" ədəbi-bədii və ictimai-siyasi jurnalının məsul katibi və ilk baş redaktoru olub...

Deyir ki:- “1963-cü ildə indiki BDU-nu bitirib, Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində fəaliyyətə başladım. Səkkiz il komsomol işində çalışdım. Bir gün rəhmətlik Elmira Qafarova məni çağırıb dedi ki, Yasif, sən burda səksən manat maaş alırsan. Təhlükəsizlik orqanlarında işləmək üçün məndən 5-6 nəfər istəyirlər. Məsləhətdir ki, sən də gedəsən. Dedi ki, orada işləsən, indikindən üç dəfə artıq maaş ala bilərsən. Amma razılaşmadım. Dedim ki, mən kənd adamıyam. Biz tərəflərdə belə məsələlərə bir az başqa cür baxırlar. “KQB”də işləsəm, gərək sizinlə çörək kəsəndən sonra gedib əleyhinizə yazam. Qayıtdı ki, ay Yasif, sənə DTK barədə yanlış məlumat veriblər, orada hərənin öz işi var. Nəsə, gördüm ki, məndən əl çəkmirlər. Axırda qayıtdım ki, təhlükəsizlik orqanlarında bütün yazışmaları rus dilində aparırlar. Mənsə rusca bir qədər zəif bilirəm. Burada bir arayış yazanda nöqtəsini, vergülünü düzəltmək üçün başqa yoldaşlara ağız açıram. Axı, “KQB”də belə imkan olmayacaq. Çünki ora qapalı təşkilatdır. Elmira xanım görəndə ki, məni fikrimdən döndərə bilməyəcək, daha israr etmədi. Bu minvalla aradan 10 il keçdi. 1973-cü il idi. Həmin vaxt mən Azərbaycan KP MK-da işləyirdim. İsmayıllı rayon partiya komitəsinin birinci katibi barədə çoxlu neqativ materiallar daxil olurdu. Bir neçə nəfərlə məni İsmayıllı rayonuna yoxlamaya göndərdilər. Bizim hazırladığımız arayış əsasında Mərkəzi Komitənin bürosunda birinci katibi işdən azad etdilər. Elə ordaca məni İsmayıllıya birinci katib təyin etməyə qərar verdilər. Ertəsi gün işə gələndə məni MK-nın təşkilat şöbəsinin müdirinin yanına çağırdılar. Kabinetə girəndə müdirin yerində DTK sədri general Krasilnikovu gördüm. Krasilnikov mənə dedi ki, büro səni Moskvaya DTK-nın Ali Məktəbinə göndərməyə qərar verib. Etiraz etməyin mənasız olduğunu bildiyim üçün Moskvaya getməyə razılıq verdim. Beş illik proqramı iki ilə tamamlayıb, 1975-ci ilin sentyabrında DTK-da işə başladım…”

Onun əmək təcrübəsi çox zəngindir. Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı da işləyib, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində şöbə müdiri, İdarə rəisi də, Azərbaycan KP MK-da İnzibati orqanlar şöbəsinin müdiri də olub. Azərbaycan KP MK-sinə üzv də seçilib. Zaqafqaziya Hərbi dairəsi Hərbi Şurasının üzvlərindən biri kimi general-mayor rütbəsinə layiq də görülüb. Azərbaycan Prezidenti yanında Ali Nəzarət İnspeksiyasında İnzibati orqanlar şöbəsinin müdiri, sədr müavini vəzifələrində çalışıb. 1990-cı ildə isə Azərbaycan Respublikası Ali Sovetinin deputatı da olub...

Dilçi alim, professor Qəzənfər Kazımov onun barəsində yazır:- “Onun bir natiq, bir vətənpərvər kimi yetişməsində çalışdığı mühitin böyük rolu olub. Həmin mühit Yasifi ləyaqətli, dünyagörüşlü, uzaqgörən bir insan kimi formalaşdırıb. Ona görə də hətta DTK-nın 5-ci şöbəsinə rəhbərlik edərkən, respublikanın yaradıcı elm, maarif, ali məktəb təşkilatlarına, mətbuata nəzarət edərkən böyük xof yaratmış bu təşkilatda qələm sahiblərinə öz səlahiyyəti daxilində daim köməklik göstərib. Müsahibə və qeydlərindən aydın olur ki, 37-ci ildə olduğu kimi, 50-60-cı illərdə də ziyalılarımızın düşmənləri öz içərilərində olub- istedadsız və böhtançılar. Bu şəkildə üstünə "millətçilik və antisovet ruhda" sözləri yapışdırılmış 17 namizədlik və doktorluq dissertasiyasını da DTK-da fəaliyyətinin ilk illərində xilas edib, xalq şairi Bəxtiyar Vahabzadə SSRİ Dövlət mükafatına təqdim edilərkən də "dostları"nın Sov.İKP MK-ya, Siyasi Büroya, DTK-ya göndərdikləri imzasız məktubların, teleqramların "millətçilik" iddialarının ləğvində əməyi az olmayıb.”
Bütün bunlardan əlavə Yasif Nəsirli Qarabağ Təşkilat Komitəsinin birinci müavini vəzifəsini icra edib. Qarabağ müharibə veteranıdır. Respublika "Veteran" Xeyriyyə fondunun prezidenti, Dünya azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidentidir. Bir çox xarici ölkə universitetlərinin fəxri doktorudur. Azərbaycan yazıçılarının hərbi vətənpərvərlik komissiyası sədrinin müavinidir. 2007-ci ildən Azərbaycan Dünyası Beynəlxalq Əlaqələr Mərkəzinin (Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyəti) prezidentidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 19 dekabr tarixli sərəncamı ilə "Əməkdar İncəsənət xadimi" Fəxri adına layiq görülüb. SSRİ-nin Fəxri çekistidir. 2008-ci ildə isə Yaponiyanın Ritsumeikan Universitetinin fəxri doktoru seçilib...
Yasif Nəsirlini ölkədə həm də yazıçı kimi də tanıyırlar. İndiyədək iyirmiyə yaxın kitabı işıq üzü görüb, beşdən çox əsəri ruscadan Azərbaycan dilinə tərcümə edib. "Liftdə hadisə", "Təyyarə geri dönür", "Qan qardaşları" və başqa pyeslərinin tamaşaları dəfələrlə Azərbaycan Dövlət televiziyası ilə nümayiş etdirilib...
Professor Qəzənfər Kazımov daha sonra yazır:- “Səksəninci illərin sonları idi. Bir məclisdə xalq şairi Bəxtiyar Vahabzadə ilə yanaşı oturmuşduq. Bir qədər aralıda isə Yasif Nəsirli bir nəfərlə söhbət edirdi. Bəxtiyar müəllim yavaşca mənə toxunub barmağı ilə Yasifi işarə edərək xəfif bir səslə dedi: Hazır birinci katibdir. Əgər olsa görün bu xalqa nə qədər xeyri dəyər!..”

Bəli, dekabrın 23-ü haqqında söhbət açdığım nasir, tənqidçi, publisist, tərcüməçi, fılologiya elmləri doktoru, təqaüddə olan general- mayor Yasif Nəsirlinin 87 yaşı tamam olur. Onu həm ad günü və həm də yeni təqvim ilinin gəlişi münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayıram...

Hörmətlə, Elman Eldaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 Dekabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see645

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see354

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see268

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see267

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see248

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see245

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see200

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see199

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see198

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see197

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see191

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see188

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see182

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see178

Türkiyədə kontr admiral sosial şəbəkədəki sözlərinə görə həbs edildi

18 Avqust 2026 02:03see169

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see168

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see163

Ukrayna Qərbdən 101 milyard dollar dəstək almaq niyyətindədir

18 Avqust 2026 01:23see160

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see159

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri