Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

​ŞENÇJEN “YENİ YALTA” DEYİL, AMMA... “Qlobal üçlük” və küncə itələnən Avropa

​ŞENÇJEN “YENİ YALTA” DEYİL, AMMA... “Qlobal üçlük” və küncə itələnən Avropa

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Dünyanın diqqətlə izlədiyi və bundan sonra hələ müzakirə ediləcək Si Cinpin, Tramp və Putinin Şençjendə baş tutan üçtərəfli görüşü ilə bağlı müxtəlif fikirlər irəli sürür: bunun “qlobal üçlük” görüntüsü yaratmağa hesablandığını iddia edənlər də var, “Yalta 2” adlandıranlar və II Dünya müharibəsindən sonra dünyanın bölüşdürülməsi tarixinin təkərrür etdiyini düşünənlər də.

II Dünya müharibəsinin yekununda yaranmış reallıqlarla mövcud geosiyasi mənzərəni müqayisə etdikdə, Şençjenin Yalta olmayacağı fikri ön plana çıxır, xüsusilə ABŞ, Çin və Rusiya arasındakı geosiyasi ziddiyyətlər fonunda. Lakin üçtərəfli görüşün yaratdığı mənzərədən iki nəticəni çıxarmaq mümkündür.

Birincisi, tərəflər geosiyasi proseslərdə qərarverici-həlledici “qlobal üçlük” olduqlarını nümayiş etdirir.

İkincisi, Şençjen Yalta olmasa da, gələcək geosiyasi güc balansında müəyyənedici qüvvənin bu üçlük olacağı mesajını verirlər.

Bu baxımdan, nüvə silahının yayılması, Ukrayna və İran kimi tərəflərin uzlaşmaqda çətinlik çəkdiyi ziddiyyətlər fonunda keçirilən Şençjen görüşü qlobal təsir dairələrinin bölüşdürülməsinə səbəb olmasa belə, digər ölkələrdə, xüsusilə geosiyasi güc balansında mövqe sahibi olmaq istəyən tərəflərdə narahatlıq yaradıb. Görüşdən ən çox təşviş keçirən isə məhz Avropadır və bu, heç də təsadüfi deyil.

Avropa niyə “qlobal üçlük” masasında yer almır?

“Köhnə Qitə”in Şençjendə təmsil olunmaması geniş müzakirələrə yol açıb. Buna təmsilçilik məntiqi ilə yanaşmaq mümkündür: ABŞ, Rusiya və Çin liderləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşür və bu təşkilatda təmsil olunmayan Avropa İttifaqının orada mövcudluğu prosedur olaraq mümkün deyil.


Bu, hüquqi baxımdan doğrudur, lakin görüşün geosiyasi əhəmiyyəti fonunda Avropanın kənarda qalması qlobal təsir dairələrinin bölüşdürülməsində, yaxud bununla bağlı gələcək ssenarilərdə olmaması kimi dəyərləndirilir.

Avropanın əsas qorxusu da bundan qaynaqlanır. Bu kontekstdə CNN-nin avropalı rəsmilərə istinadən yazdıqları xüsusilə diqqətçəkəndir.

“Avropa Tramp, Putin və Si Cinpinin Çində bağlı qapılar arxasında müzakirələr aparacağından qorxur”, - CNN yazır və qeyd edir ki, Şençjen görüşü riskli bir andır, çünki Ukrayna və onun Avropadakı tərəfdaşları qəfil ortaya çıxa biləcək hansısa razılaşmanın təsiri aldına düşə bilərlər.

Anonimlik şərti ilə danışan avropalı diplomatlardan biri hesab edir ki, görüşdən Avropanın təhlükəsizliyi ilə bağlı müsbət nəticə çıxmayacaq. Digər avropalı rəsmi isə bu görüşü “Avropa üçün dəhşətli” adlandırıb.

"Köhnə Qitə”ni narahat edən məqamlardan biri təhlükəsizliyi ilə bağlı qərarlarda yer almamasıdır. Əbu-Dabidə baş tutan görüş fonunda bu risklər daha aydın görünür.

Məlumatlara görə, Rusiya Avropaya yeni təhlükəsizlik təklifləri təqdim edib. Qərb mediası Moskvanın bu təklifləri hazırlamasında Vaşinqtonun da istəyinin olduğunu yazır. Məqsəd Rusiya və Avropa arasında daha genişmiqyaslı razılaşma əldə edilməsi, Ukrayna müharibəsinin sona çatdırılmasıdır. Tramp bəyan etdi ki, “ABŞ müharibəyə son qoymaq üçün bütün Avropanı əhatə edəcək razılaşma üzərində işləyir”.

ABŞ-nin xüsusi elçisi Cared Kuşner isə bildirdi ki, Vaşinqton Avropanın danışıqlara daxil olmasını istəyir: “Lakin Avropanın adından etibarlı şəkildə danışa biləcək birini tapmaq, Rusiyanı onları daxil etməyə inandırmaqdan daha çətin ola bilər”.

“Köhnə Qitə” nədən qorxur?

Bütün bunlar ABŞ-nin Rusiya ilə anlaşaraq, Avropanın təhlükəsizliyini, yəni “Köhnə Qitə”də gələcək siyasi balansı onların iştirakı olmadan həll etmək, yaxud diktə etmək niyyətində olduğuna diqqət çəkir. Avropalı rəsmilərin buna qarşı açıqlamaları da ssenarinin belə olduğu ehtimalını gücləndirir. Misal üçün, Almaniyanın xarici işlər naziri Yohan Vadeful “Avropa olmadan Avropaya dair heç bir qərar qəbul edilə bilməz” deyib.


ABŞ və Rusiyanın apardığı danışıqlardan kənarda qalmasından sonra Avropanın Şençjendə də yer almaması küncə itələnməsinin siqnalı kimi qəbul edilir. Burada əsas məqam Çinin üçtərəfli görüşə razı olmasıdır. Çünki ABŞ-Rusiya danışıqlarında Çinin mövqeyi Avropa üçün əhəmiyyətlidir. Pekin daha öncə “Ukrayna danışıqlarında Avropanın iştirakı”nı dəfələrlə dəstəkləyib. İndi Si Cinpinin Tramp və Putinlə masaya əyləşməsi mövqeyini dəyişə biləcəyinin mümkünlüyünü aktuallaşdırır. Ki, Pekin mövqeyini dəyişərsə, Avropanın “əli daha da zəifəyəcək”. Görüşdə Ukrayna məsələsinin gündəliyə daxil edilməsi bu riskləri gücləndirir.

Bu baxımdan, Şençjen görüşü “Köhnə Qitə”də təşvişlə qarşılanır. Çünki bu görüş “Yeni Yalta” olmasa da, böyük dövlətlərin qlobal sabitlik və gələcək strategiyalar üzərində birbaşa danışıqlar aparmasının başlanğıcı ola bilər ki, orada təmsil olunmayanların “geosiyasi güc mərkəzi” kimi qəbul edilməsinin çətin olacağı görünür. Bu, təkcə Avropanın “geosiyasi güc mərkəzi” planlarına zidd deyil, eyni zamanda, öz təhlükəsizliyi ilə bağlı qərarlardan kənarda qala biləcəyi riski deməkdir.
Nəriman

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Noyabr 2026 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see461

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see334

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see322

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see307

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see306

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see302

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see277

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see263

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see261

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see240

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see233

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see224

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see223

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see221

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see212

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see209

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see206

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see205

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see201

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri