Moody s ABŞ ın borcunun 31,8 trilyon dollara çatacağı barədə xəbərdarlıq edib
Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Beynəlxalq kredit reytinq agentliyi "Moody's" ABŞ-ın sürətlə artan dövlət borcu və faiz xərclərinin ölkənin maliyyə dayanıqlılığı üçün risk yaratdığı barədə xəbərdarlıq edib.
Banco.az xəbər verir ki, agentlik ABŞ-ın kredit reytinqini “Aa1” səviyyəsində, proqnozunu isə “sabit” olaraq saxlayıb. Bununla belə, açıqlamada büdcə kəsirinin və borc yükünün artmasının ölkənin maliyyə imkanlarına təzyiq göstərdiyi bildirilib.
Moody's-in qiymətləndirməsinə görə, ABŞ-ın federal borcu 31,8 trilyon dollara yüksələrək ölkənin ümumi daxili məhsulunun (ÜDM) təxminən 100 faizinə çatıb. Ötən il bu göstərici ÜDM-in 98 faizi səviyyəsində olub.
Agentlik 2026-cı maliyyə ilində ABŞ-ın büdcə kəsirinin 2 trilyon dollara çatacağını proqnozlaşdırır. Bu, ölkənin ÜDM-inin təxminən 6,2 faizinə bərabərdir. Müqayisə üçün, 2025-ci maliyyə ilində büdcə kəsiri ÜDM-in 5,8 faizi təşkil edib.
Faiz ödənişləri büdcəyə təzyiqi artırır
Hesabatda qeyd olunur ki, ABŞ hökumətinin xərcləri gəlirlərindən daha sürətlə artır. Sosial müdafiə proqramları, digər dövlət xərcləri və borclar üzrə faiz ödənişləri büdcə yükünü ağırlaşdırır.
Moody's-in məlumatına görə, xalis faiz ödənişləri federal hökumətin gəlirlərinin təxminən 19,5 faizini təşkil edir.
Agentlik xəbərdarlıq edir ki, əvvəlki illərdə aşağı faizlə götürülmüş borcların müddəti başa çatdıqca onların daha yüksək faizlə yenidən maliyyələşdirilməsi dövlətin xərclərini artıracaq.
2036-cı ilə qədər faiz xərcləri 29 faizə çata bilər
Moody's-in proqnozuna əsasən, mövcud tendensiyalar davam edərsə, ABŞ hökumətinin faiz ödənişləri 2036-cı ilə qədər büdcə gəlirlərinin 29 faizinə yüksələ bilər.
Agentlik həmçinin əhəmiyyətli siyasət dəyişiklikləri olmadığı təqdirdə, növbəti 10 il ərzində büdcə kəsirinin ÜDM-in 6 faizindən yuxarı qalacağını və federal borcun artmaqda davam edəcəyini gözləyir.
Bununla yanaşı, "Moody's" ABŞ iqtisadiyyatının güclü tərəflərini də vurğulayıb. Dolların qlobal maliyyə sistemindəki mövqeyi, ölkənin iqtisadi potensialı və ABŞ Xəzinədarlıq istiqrazlarına beynəlxalq tələbat ölkəyə mühüm maliyyələşmə üstünlüyü verir.
Lakin agentliyin qənaətinə görə, dövlət borcunun və faiz xərclərinin artması bu üstünlüklərə baxmayaraq, ABŞ-ın uzunmüddətli maliyyə dayanıqlılığı üçün ciddi çağırış olaraq qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 19 Noyabr 2026 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















