Icma.az
close
up
RU
9 yaş böyük arvadını öldürməyə cəhd edən azərbaycanlının Almaniyada məhkəməsi başladı Ömürlük həbs oluna bilər FOTO

9 yaş böyük arvadını öldürməyə cəhd edən azərbaycanlının Almaniyada məhkəməsi başladı Ömürlük həbs oluna bilər FOTO

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Almaniyanın Münster şəhər məhkəməsində azərbaycanlı Elnur.D-nin cinayət işinə baxılır. Müttəhim həyat yoldaşını öldürməyə cəhddə günahlandırılır.
Bakupost.az Almaniya mediasına istinadən xəbər verir ki, cinayət işi təkcə ailədaxili zorakılıq faktı deyil, eyni zamanda deportasiya qorxusunun, sosial çöküşün və nəzarət itkisinin necə ölümcül nəticələrə gətirib çıxara bildiyini göstərən ağır bir nümunədir. Azərbaycan vətəndaşı Elnur D. on dörd illik nikahdan sonra ayrıldığı, özündən 9 yaş böyük həyat yoldaşını öldürməyə cəhd etməkdə ittiham olunur.


İstintaq materiallarına görə, ayrılıqdan sonra 38 yaşlı Elnur D.-nin Almaniyada qalmaq hüququ faktiki olaraq sona çatırdı. İşsiz, alkoqoldan asılı həyat tərzi sürən kişi üçün deportasiya təkcə ölkəni tərk etmək demək deyildi. Bu, ailənin dağılması, uşaqlardan uzaq düşmək və Almaniyada qurduğunu düşündüyü həyatın birdəfəlik bitməsi anlamına gəlirdi. Prokurorluq hesab edir ki, məhz bunlar onun psixoloji vəziyyətini daha da kəskinləşdirib və zorakılıq qərarını sürətləndirib.
Ötən il sentyabrın 10-da tərəflər sonuncu dəfə birlikdə alış-verişə gediblər. Kənardan baxan üçün bu, ayrılan cütlüklər arasında nadir hallarda rast gəlinən sakit bir ünsiyyət təsiri bağışlaya bilərdi. Lakin sonradan məlum olub ki, kişi qadının aldığı məişət əşyaları gizli şəkildə geri qaytarıb və onların yerinə bıçaqlar alıb. Prokurorluq bu detalı təsadüfi yox, deportasiyaya bir gün qalmış atılan şüurlu addım kimi qiymətləndirir.

Alış-verişdən sonra 47 yaşlı qadın avtobus dayanacağına yollanıb. Orada, insanların gözündən uzaq bir anda, yaxınlıqdakı qarğıdalı sahəsinə girib. İstintaqın versiyasına görə, Elnur D. onu izləyib və hücum məhz orada baş verib. Əri qarğıdalı sahəsində qadının kürəyinə, ayaqlarına və qarnına çoxsaylı bıçaq zərbələri endirdiyi iddia edilir.
Təqsirləndirilən şəxs vəkili vasitəsilə də motivlərini açıqlayıb. Cinayətdən sonrakı gün Elnur Azərbaycana qayıtmalı imiş. O, bundan və həyat yoldaşının onun getməsini xoş qarşılamasından məyus olub. Dövlət ittihamçısı bildirir ki, kişi ayrılığa görə qadını cəzalandırmaq, eyni zamanda onun deportasiyaya sevinəcəyini düşündüyü üçün qisas almaq istəyib.

Ağır yaralanan qadın son anda sağ qalmağı bacarıb. O, son gücünü toplayaraq yola doğru sürünüb. Təsadüfən yoldan keçən bir sürücü yaralını görüb və xəstəxanaya çatdırıb. Həkimlər 6 saat davam edən əməliyyatla qadının həyatını xilas ediblər. Məhkəmə-tibb ekspertlərinin sözlərinə görə, bu cür yaralanmalar çox vaxt ölümlə nəticələnir və zərərçəkmiş möcüzə nəticəsində sağ qalıb.
Prokurorluq hadisədə bir neçə ağırlaşdırıcı halın mövcud olduğunu bildirir. Onların fikrincə, hücum qəfil olub, əvvəlcədən planlaşdırılıb və əsas motiv deportasiya fonunda ailə üzərində nəzarətin itirilməsi ilə bağlıdır. Dövlət ittihamçısı həmçinin iddia edir ki, Elnur D. qadının sağ qalmayacağını düşünərək qadının əşyalarını (bank kartını və mobil telefonunu) götürüb və hadisə yerini tərk edib. Bu isə cinayətin daha ağır hüquqi çərçivədə qiymətləndirilməsinə səbəb olur.
Təqsirləndirilən şəxs məhkəmədə susmağı seçib. Vəkili vasitəsilə oxunan qısa bəyanatda hücum faktı etiraf edilir, lakin əvvəlcədən planlaşdırma və qarət niyyəti inkar olunur. Açıqlamada kişinin özünü cəmiyyətdə dəyərsiz hiss etdiyi, deportasiya qorxusu yaşadığı və ailəsinin dağılmasını qəbul edə bilmədiyi vurğulanır. Prokurorluq isə bu arqumentlərin cinayəti yüngülləşdirmədiyini bildirir.
Zərərçəkmiş qadın prosesdə ifadə vermək istəməyib. Onun vəkili psixoloji vəziyyətinin ağır olduğunu deyib və uşaqların təhlükəsizliyi baxımından məhkəmənin qapalı keçirilməsini tələb edib. Lakin hakimlər bu vəsatəti qəbul etməyiblər.
Bu iş Almaniyada ailədaxili zorakılıqla yanaşı, deportasiya qərarlarının bəzi hallarda necə təhlükəli psixoloji gərginlik yaratdığını da gündəmə gətirib. Məhkəmə prosesi davam edir. Əgər prokurorluğun mövqeyi təsdiqlənsə, Azərbaycan vətəndaşı olan Elnur D.-ni Almaniya qanunvericiliyinə görə ömürlük həbs cəzası gözləyir və deportasiya məsələsi artıq məhkəmə hökmündən sonra hüquqi anlamını itirəcək.
Cavid, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:31
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Fevral 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see220

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see171

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see169

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see145

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri